Öd kisəsi bir kisə şəkilli orqandır. Qaraciyərin altında yerləşir və qaraciyərdə istehsal olunan ödü öz içində depolayır.
Biz gündə 3-4 dəfə yemək yeyəndə öd kisəsi sıxılaraq ödü bağırsağa qovur və nəticədə öd möhtəviyyatı yeməklə qarışmış olur və həzmdə müəyyən qədər iştirak etmiş olur.
Öd kisəmiz olmasa nə olacaq?
Bəzi insanlar bunu səhv başa düşür, elə bilir ki, ödsüz yaşayacaq. İnsan ödsüz yaşaya bilməz, amma öd kisəsiz insanlar yaşayır.
Buradan da, belə bir nəticə çıxartmaq olar ki, əgər insanın öd kisəsi yoxdursa, demək depo funksiyası olmayacaq.
Qaraciyərdə öd sintezlənəcək, o öd gəlib bağırsağın içində yeməklə qovuşacaq. Depo olmadığı üçün öd kisəsi əməliyyatı keçirmiş insanlar çox yemək yeyərsə, həzmsizlik, köplük, şişlik halları yaşaya biləcək.
Öd kisəsi çıxarılmış insanlar nə etməlidir?
- Az-az yeməlidir.
- Qaraciyəri gücə salmayan dietik yeməklər yeməlidir.
- Gündə 5-6 dəfə qidalanmalıdır.
Bununla öd kisəsinin olmamasının əziyyətini çəkməzlər.