Categories
CƏRRAHİYYƏ

Bağırsaq keçməməzliyi

Bağırsaq keçməməzliyi günümüzdə çox ciddi problemdir. Hətta bizdə elə xəstələr olur ki, məsələn, gətirirəm, stasionara yatırıram, müalicə verirəm. Tibb bacısı deyir ki, “Doktor, siz buna necə müalicə verirsiniz? Bu, bağırsaq keçməməzliyidir.. Hər yerdə təcili əməliyyata alırlar!”

Amma 2-3 gün müalicə verdikdən sonra bir də görürsən bağırsağı açıldı və əməliyyatsız biz onu evinə yola salırıq. 

Sonra tibb bacısı gəlir, deyir ki, “Mən birinci dəfədir görürəm ki, bağırsaq keçməməzliyi əməliyyatsız sağalır.”

Həmin mərkəzin belə bir xəstələrlə çoxmu işləyib, azmı işləyib ondan asılıdır. 

Ölkəmizdə ən çox əziyyət çəkdiyimiz Hiperdiaqnostika – lazımsız müdaxilələrdir, bildiyiniz kimi. Biz lazımsız müdaxilələri azaltmağa çalışırıq və mümkün olduğu qədər xəstələrə lazımsız müdaxilələri eləmirik.

Burada məsələ nədən ibarətdir?

Bağırsaq keçməməzliyin səbəbini biz yaxşı araşdırmalıyıq. 

Əgər bağırsaq kecməməzliyin səbəbləri, altda yatan proses, mexaniki prosesdirsə, məsələn, boğulmuş yırtıqdırsa və ya onkoloji prosesdirsə, kütlə tutubsa oranı və ya bağırsağın bir burulması ola bilər və ya digər səbəblər ola bilər ki, bağırsaq keçməməzliyinə gətirib çıxarır, həqiqətən də, əməliyyatsız bunların sağalma ehtimalı çox azdır. Yəni demək olar ki, açılmır bunlar. Xəstəni konservativ müalicə etdikdən sonra biz bunlara cərrahi müdaxilə edirik. 

Amma xəstəni biz yoxladıq, tomoqrafiya çəkdik, bağırsaq keçməməzliyinin yapışıqlığa bağlı olduğunu düşünürük və ya hər hansısa bir lokal problemə bağlı olduğunu düşünürük – o zaman xəstələrə mütləq şans veririk Xəstəyə şans veririk və saxlayıb müalicəsini edirik, hansı ki o müalicəsi onun açılmasına kömək edir.

Və əgər biz doğru xəstəyə doğru diaqnoz qoymuşuqsa, bağırsaq keçməməzliyi bəzən əməliyyatla, bəzən də əməliyyatsız sağalıb gedə bilirlər. 

Bunların bəlli bir əlamətləri var. Əgər xəstə aşağıdan defekasiyası pozulubsa, qaz çıxışı yoxdursa, stul çıxışı yoxdursa və daima qusursa, qusanda fontan şəkilli qusursa, xüsusilə, yaşıl rəngli qusursa və qarında köplük, şişkinlik hiss edirsə, bunlarda artıq biz bağırsaq keçməməzliyi diaqnozu qoyub diaqnozumuzu dəqiqləşdirmək üçün ətraflı müayinələrə yönləndirmiş oluruq.

Və bu xəstələrin ən önəmli tərəfi, gözdən qaçan tərəfi, bunlar bəzən gec müraciət edirlər. Yəni əvvəlcə qusurlar, sonra elə bilirlər mədə-bağırsağım pozulub, digər əlavə metodlara, müayinəyə əl atırlar. Və bədənə lazımlı maye getmədiyi üçün bu bədənlər quru olur. Yəni bu xəstəni təcili, gələr-gəlməz də əməliyyata götürmək düzgün deyil.

Biz onun mədəsini boşaltmalıyıq, əgər bədəndə quruluq varsa, sidik çıxışı azdırsa, onları dava-dərmanla, sistemlə tənzimlənməlik və əməliyyata qədər mütləq hazırlanmalıdır. Çünki hazırlanmadan götürdüyümüz əməliyyatlarda uğursuz nəticə alma ehtimalımız kifayət qədər var. Ona görə də bu xəstələrdə tələsməmək lazımdır.

Yenə deyim, diaqnoza yönəlik, səbəbə yönəlik müalicələr aparılmalıdır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir