Bunlar əsasən müayinələrdə fərqlənir.
Məsələn, deyirlər ki, kənarı hamardır, xəstə deyir ki, “Uzun illərdir məndədir, təqib altındadır”, ölçüsü balacadır, mamoqrafiyada ciddi bir əlamət yoxdur, ultrasəs müayinəsində ciddi bir əlamət yoxdur… Biz bunları xoşxassəli qrupa daxil edirik.
Bədxassələrin də əlamətləri bəllidir: Mamoqrofiyada mikrokalsifikasiyonların görünməsi, ultrasəs müayinəsində kənarının nahamar olması, biopsiyaya ehtiyac olması, böyüməsi, dəridə çəkintilərin əmələ gəlməsi… Bu, bədxassəli əlamətlərin olduğunu göstərir.
Hər ikisinin də müalicəsi və diaqnostikası bəllidir. Yəni ki xoşxassəlidirsə, kosmetik qüsur vermirsə, ölçüsü çox böyük deyilsə, ağrı vermirsə, əməliyyat etmirik.
Bədxassəlidirsə, biz artıq bunları irəli müayinələrə göndəririk, ehtiyac olarsa, biopsiya, yəni toxuma parçasından bir biopsiya alıb və onu sitoloji verifikasiyaya göndəririk. Orada da artıq yazılmış olur.
Amma sualın içində əsas nüans şişin bədxassəli və ya xoşxassəli olmasının təyini deyil, bəzi törəmələr “bədxassəli önü” olur, onların təsbit olunmasıdır. Biz əsas onları fərqləndirməliyik və onları zamanında aşkarlamalıyıq.
Hansılar ki, məsələn, xoşxassəlini biz əməliyyat etməsək də olar ömür boyu. Amma biz bunu differensiasiya eləyib, hansı ki məsələn, gedişatı ilk başda xoş olub, sonradan bədə çevrilə bilər, onları vaxtında aşkarlanmaq lazımdır. Onları vaxtında aşkarlasaq və biz onlara xərçəngə çevrilməmiş müdaxilə etsək, artıq bunlardan xərçəng əmələ gəlmir. Vaxtında aşkarlamaq çox önəmlidir.
Ona görə də tövsiyə edilir ki, hətta bir çox ölkələrdə məcburidir, bilirsiniz…
Çünki sığorta sistemi fikirləşir ki, bu xəstəliyi mən vaxtında aşkarlamasam, gec mərhələdə gəlsə, bunun əməliyyatını sığorta şirkəti ödəyəcək, bu işdən çıxarılacaq, buna kompensasiya veriləcək və s.
Ona görə bir çox ölkələrdə bunlar artıq məcburi skrininqə gedir ki, skrininqlər zamanı vaxtında aşkarlansın. Çünki vaxtında aşkarlananda həm müalicəsi, həm əməliyyatdan sonrakı dövrü, həm xəstə baxımından, həm də həkim baxımından çox yüksək nəticələri olur. Yəni əsas odur ki, vaxtında aşkarlanmalıdır, vaxtında müayinə olunmalıdır.