Categories
SÜD VƏZİ

Süd vəzində cərrahi müdaxilələrə nə zaman ehtiyac olur?

Xoşxassəli və ya bədxassəli və ya infeksion xəstələrində süd vəzinə cərrahi müdaxilələr aparıla bilər.

Əgər infeksion bir vəziyyət varsa, abses varsa ki, biz bunlarda mütləq müdaxilə aparıb, absesi boşaldıb, antibiotik terapiya verməliyik.

Süd vəzisində bədxassəli törəmələr varsa və ya bu, lokal problemdirsə, yayılma yoxdursa, o halda əməliyyat aparıla bilər.

Və ya xoşxassəli törəmədir, biz bilirik ki, bu xoşxassəli bir törəmədir, amma xəstəyə bir narahatçılıq verir: ya xroniki ağrı verir, ya xəstə kosmetik narahat olur və ya xəstə daima psixoloji gərginlik içindədir ki, “bu, bəlkə, başqa bir şeyə çevrilə bilər”. Bu hallarda süd vəzində cərrahi müdaxilələr gərəkə bilir.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir