Süd vəzi qoruyucu cərrahiyyə hansı halda aparılır?
Əgər xəstəlik çox yayılmış deyilsə, ətrafında deyilsə və xəstənin ümumi vəziyyəti gələcəkdə radioterapiya almağa imkan verirsə və tümörün ölçüsündən asılı olaraq, tümörün adından asılı olaraq, digər yerlərə yayılmasından asılı olaraq süd vəzi qoruyucu cərrahiyyə edilməsi mümkündür.
Tibbdə artıq elə məsələlər var ki, müzakirə olunmur. Amma təəssüf ki, biz günümüzdə bu xəstələrlə qarşılaşırıq ki, o xəstələr müzakirə etmək istəyir. Yəni burada artıq isbat olunmuşdur ki, süd vəzi qoruyucu cərrahiyyəyə gedirsə və tamamlayıcı radioterapiya da alacaqsa, bunun effekti süd vəzinin bütöv çıxarılmasına bərabərdir. Ona görə seçilmiş xəstələrdə xəstəliyin mərhələsindən asılı olaraq süd vəzi qoruyucu cərrahiyyələr icra olunmalıdır.