Həm sosial media olsun, həm gündəlik xəstə müayinələrində olsun ki, belə bir anlayış – xəstələrimiz deyir ki, “Son zamanlarda bu xəstəlik artmışdır”.
Təbii statistik olaraq artma müşahidə edilir. Buna müxtəlif risk faktorların, yaşama şəraitin dediyimiz, hava kirlənməsindən tutmuş digər məişətlə əlaqələndiririk, qidalarla hər bir şeylə əlaqələndirə bilərik.
Günümüzdə bu xəstəliyin çoxalmasının əsasən 2 səbəbi vardır. Biri müayinə metodlarının təkmilləşməsi, daha çox müayinə metodlarının çıxması, ikincisi isə müayinə metodlarının əlçatan olması.
Məsələn, əvvəl regionlarda MRT müayinələr, kompüter tomoqrafiyaları yox idisə, indi demək olar ki, regionlarımızın yarısında, bəlkə də, yarısından çoxunda bu müayinə metodları var.
Müayinə metodları artdıqca, əhalinin bilgisi artdıqca, şikayətlərə qarşı laqeyd qalmadıqca, tibbi müayinələr əlçatan olduqca demək olar ki, bu xəsətələrin sayı artacaq. Bu, təbii bir haldır.
Çünki daha öncə müayinəyə getmirdilər. Məsələn, soruşurdun: “Sizin ailənizdə belə bir xəstəlik varmı?” Deyirdi: “Yadıma gəlmir. Amma mənim atamın qarnına su yığılıb rəhmətə getdi.” Amma bəlkə də, bunu axtarsaydılar, bunu müayinədən keçirmiş olsa idilər, 80-ci illərdə, 90-cı illərdə, o zaman xərçəng xəstəliyi aşkar olunmuşdu.
Amma dediyim kimi tibbi müayinə metodlarının olması artıq bu diaqnozun artmasına gətirib çıxarır. Artıq bunu geniş istifadə edəndə bu rəqəm artacaq, sonra isə sabit, çox böyük ehtimalla statistiki olaraq qalacaq və əsl rəqəm ortaya çıxmış olacaq.
Ümumiyyətlə, xəstə və müalicə baxımından hansı birinci yaranmışdır? Təbii ki, birinci xəstəlik yaranır, sonra müalicəsi yaranır. Bu iki şey qarşılaşdırdıqda. Artıq məsələn 100 il əvvəl, 200 il əvvəl, hətta 20 il əvvəl, 30 il əvvəl problem olan xəstəliklər, demək olar ki, bu müalicənin də təkmilləşməsi ilə əvvəlki kimi problem yaratmır. Yəni bu xəstəlik çıxır, xəstəlik tam öyrənilir, sonra müalicəsi çıxmaqla da əvvəl müalicə oluna bilməyən xəstələr artıq müalicə oluna bilir.
Əslində hər zaman bizim problemimiz yaşadığımız dövr olur. Yəni illər sonra biz əminik ki, bir çox xəstəliklərin bəsit yollarla müalicəsi olacaq, amma günümüzdə hələ də cərrahiyyə aktualdır, hələ də ciddi müalicələr, aktualdır.