Hansı əlamətlər bizə siqnal verə bilər ki, bizdə bir xərçəng xəstəliyi ola bilərmi?
Təbii ki, bu, yerləşdiyi orqandan asılı olaraq dəyişir.
Əgər bizim bağırsağımızda, məsələn, xərçəng xəstəliyi başlayırsa, məsələn: qəbizlik ola bilər və ya ishal ola bilər. Amma ən önəmlisi siqnallardan biri düz bağırsaqda olan törəmələrdə yalançı tualet, tam boşalmama. Məsələn, xəstə gedir-gəlir tualetə deyir, tam boşalmıram. Və ya nəcisdə qan izlərinin olması.
Əgər yuxarı mədə bağırsaq sistemindədirsə, bu xəstəlik, burada isə kilo zəifləməsi. Udma güclülüyü ola bilər… Xəstə gəlir, deyir ki: “Qida çətin keçir, sanki sinəmdə qalır” və ya “Mədəm tam boşalmır” və ya “Həkim, 2-3 günlük qida qalıqların qusmuşam” və ya çəki itirilməsi var.
Yəni burada hər bir xəstəliyin, hər bir yerləşmə ocağından asılı olaraq öz əlamətləri ola bilər. Məsələn, qan xərçəngidirsə və ya limfomadırsa, təbii ki, bunda limfa düyünlərində böyümə, şişmə ola bilər, gecə tərləməsi, halsızlıq ola bilər.
Və ya ağciyərlərdirsə, öskürəklə meydana gələ bilər.
Yəni burada konkret əlamət yoxdur. Hansı orqanda yerləşməsindən asılı olaraq belə əlamətlər üzə çıxa bilər.