Əgər xəstə özündə, süd vəzisində bir şişkinlik, bir qızartı hiss edərsə və gilədən bir axıntı olarsa və ya daha öncə hiss eləmədiyi bir sərtlik, bir kütlə hiss edərsə süd vəzisində və ya artıq ağrılar olarsa, qızarıqlıq olarsa, dəri hər yerdə sağlam olduğu halda bəzi yerlərdə limon qabığına oxşayır, belə dənəvər şəkilli olur və ya səpgi ola bilər.
Belə olduğu halda xəstə mütləq həkimə müraciət etməlidir. Həkim nəzarəti altında ultrasəs müayinə metodlarından və ya mamoqrofiyadan və digər müayinə metodlarından keçməklə xəstəliyin səbəbi araşdırılmalıdır.
Xəstələrə verdiyim mesaj ondan ibarətdir ki, vaxtında aşkarlanmış xəstəlik xəstənin taleyində çox böyük bir rol oynayır. Ona görə də bu belə bir şikayətlər varsa, gecikdirmədən, vaxtında həkimə müraciət etməlidir.