Bir həkim, bir xəstəyə bir əməliyyat eləyib. Əməliyyat çox müvəffəqiyyətlə icra olunub. Amma əməliyyatdan sonra yırtıq əmələ gəlib xəstədə. Xəstə də təbii ki, bir şikayətə gəlib aqressiv şəkildə və izah etməyə çalışır ki, “Bu əməliyyatdan sonra məndə bu yırtıq əmələ gəldi”. Eyni zamanda da obezdir, 140 kilodur, şəkəri var, idarəolunmaz bir şəkəri mövcüddur, tromboflebiti var.
Əməliyyatı, bir müalicə metodu kimi xəstəyə tətbiq edirik. Yəni cərrahi əməliyyatla əsas xəstəliyindən qurtulur. Amma bu cərrahiyyə, mən həmişə demişəm, məsum bir şey deyil. Nəticədə xəstə anesteziya alır, əməliyyat masasına yatır və bir neçə saatlıq əməliyyat keçirir.
Hər şey yaxşı olanda, məsələn, deyirik ki, “Hər şey yaxşıdır!”
Amma hər bir əməliyyatın da özünəməxsus riskləri var. Bu risklərdən də biri əməliyyatdan sonrakı yırtıqlardır.
Əməliyyatdan sonrakı yırtıqlar erkən və ya sonrakı dövrlərdə əmələ gələ bilər.
Burada texniki faktorlar da var, yəni cərrahdan asılı faktorlar da var. Orta xətt bəzən yaxşı tikilməyə bilər. Başqa problemlər ola bilər.
Amma bu yırtığı əmələ gətirən digər xəstəyə bağlı faktorlar da var. Yəni artıq çəkinin olması, xroniki öskürəyin olması, şəkərin olması, hərəkətsiz olması, xroniki qəbizliyin olması… Bunlar özü də öz arasında əməliyyatdan sonrakı yırtığın əmələ gəlməsində risk faktorlarıdır.
Ümumiyyətlə, əməliyyatdan sonrakı əmələ gələn problemləri çox diqqətlə biz çeşidləməliyik ki, “Bu əməliyyatamı bağlıdır, yoxsa ümumi faktordur?”
Çünki belə hallarda, təəssüf ki, xəstə ilə həkim arasında inciklik yaranır və ya həkimə etibarsızlıq, güvənsizlik yaşanır ki, “Həkimə görə belə oldu”.
Amma əməliyyatdan sonrakı yırtıq hər bir əməliyyatdan sonra əmələ gələ bilər. Bir çox faktorla əlaqəlidir və o faktoru qiymətləndirmək lazımdır ki, hansı faktorlardan bu yırtıq əmələ gəlib.
Əmələ gəlibsə də, artıq onun da müalicəsi, təəssüf ki, yenə cərrahi yolladır.