“Mədəkiçiltmə əməliyyatlarından sonra xərçəng” mövzusuna tez-tez toxunulur. Məsələn, bəzi adamlar deyir ki: “Mədəkiçiltmə sonrası xərçəng oldum” və ya “Mədəkiçiltmə sonrası bu mədə xərçənginin vəziyyəti necə ola bilər?”
Ümumiyyətlə, dünyada siqaretdən sonra xərçəngin ən böyük risk faktorlarından biri piylənmədir. Bir insan obezdirsə, piylənmədirsə, onsuz da, bu, siqaret çəkən qədər xərçəngə risk faktorudur.
Artıq çəki xərçəng üçün risk faktorudur
Bu mövzudan bir 5-10 saniyəlik haşiyə çıxım…
Tutaq ki, bu, aşırı obezdir. 110-140 kilodur. Təsadüfən xərçəng xəstəliyi aşkar olunacaq. Biz cərrahlar əslində kök xəstələr tutaq ki, böyük əməliyyatları icra eləməyi heç kim istəməz. Çünki bir kilolu xəstədən fəsad ehtimalı çox olur, əməliyyatdan sonrakı yırtıq olur, toxumalar qanaxmaya meyilli olur və ya məsələn, kimyaterapiya əslində çəkiyə görə hesablanırsa, biri var 140 kiloqramlıq bir çəkiyə bu müalicə verəsən, biri də var 70 kiloqramlıq verəsən.
Kök adamın, onsuz da, bu xərçəngə meyilliliyi var, riski var. Bunu da dünya ədəbiyyatı, statistikası deyir, öz təcrübəmiz deyir.
Arıqlama xərçəngə çevrilə bilərmi?
İkincisi, bu əməliyyatlardan sonra arıqlama varsa, xərçəngə çevrilə bilərmi?
Bu heç vaxt isbatlanmamış və bu əməliyyatla xərçəng arasında heç bir kəsişmə, hər hansı bir yolda uyğunlaşma yoxdur.
Sadəcə məsələ nədir? Bu əməliyyatlardan öncə, bəli, xəstə çox ciddi şəkildə “tarama” dediyimiz – “skrininq” dediyimiz müayinələrdən keçməlidir. Yəni ki, tutaq ki, süd vəzisi yoxlanılmalıdır, tiroidi yoxlanılmalıdır, uşaqlığı yoxlanılmalıdır, qaraciyəri yoxlanılmalıdır, mədəsi, təbii ki, yoxlanılmalıdır.
Mədəkiçiltmə xərçəng riskini azaldır
Əgər bunlar yoxlanmayıbsa və ya natamam yoxlanıbsa, təbii ki, bu əməliyyatdan sonra bu xəstəlik aşkarlanarsa, ilk öncə çevrədə belə bir həyəcan siqnalı verə bilər ki: “Hə! Bu əməliyyatdan sonra bununla, bununla əlaqəsi oldu.”
Amma həqiqət payında qətiyyən elə deyil. Mədəkiçiltmə heç bir zaman xərçəngə gətirib çıxartmır. Tam tərsi, insanı arıqlatmaqla, insanı sağlam həyata qaytarmaqla sonrakı xəstəliklərdən qorunmuş olur.
Mədəkiçiltmə əməliyyatı piylənmənin, artıq çəkinin müalicəsində effektiv cərrahi bir metoddur, uyğun xəstələrdə icra edilməlidir və xəstənin arıqlamasına çox ciddi şəkildə fayda sağlamaqdadır.