Onkoloji xəstəliklərdə mütləq mərhələləndirmə lazımdır. Mərhələləndirmə olmadan o xəstənin heç bir müalicəsi, yəni kimyaterapiyasının, şüaterapiyasının və cərrahiyyəsinin aparılması məqsədəuyğun deyil. Yalnız mərhələ olduqdan sonra biz artıq müalicələrə başlayırıq.
Müalicə nədir? “Cərrahi əməliyyat olsun-olmasın?”, “Kimyaterapiya olsun-olmasın?” və ya “Şüaterapiya olsun-olmasın?”. Bütün bu 3 ana onkoloji xəstələrdə olan müalicə sistemi yalnız mərhələləndirmədən sonra olmalıdır.
Mərhələləndirmədə isə müxtəlif müayinə metodları var. Bu, birincili şişin hansı orqanda olmasından asılı olaraq dəyişə bilər. Amma biz bəzən günümüzdə, məsələn, xəstələrə PET istəyirik.
Mərhələləndirmə üçün PET müayinəsi
Nəyə görə PET istəyirik? Çünki PET müayinəsi bir radioaktiv maddə ilə icra olunan bir müayinə metodudur. Kompüter tomoqrafiya müayinəsini düşünsək, onun daha belə inkişaf etmiş bir modelidir. Orada radiaktiv maddə vurmaqla orqanizmin müxtəlif yerlərdə toplanmış şiş hüceyrələrini görmək olur.
Hər xəstəyə də PET çəkdirmirik. Bəzi xəstələrə PET müayinəsi lazım olanda bəzən xəstələr bizə təəccüblə ifadə edir ki: “Axı mən kompüter tomoqrafiyası çəkdirmişəm, MRT çəkdirmişəm, PET-ə nəyə görə ehtiyac var?” İnsanın əslində müalicə sistemi xəstədən xəstəyə dəyişir. Yəni, bizim üçün bir xəstəlikdən başqa bizim qarşımızda bir xəstə vardır. Yəni ola bilsin eyni xəstəlikdir, hər ikisi də fikirləşə bilər ki: “Mən mədə xərçəngiyəm”, mən yorğun bağırsaq xərçəngiyəm. Nəyə görə digəri kompüter tomoqrafiya oldu, nəyə görə digəri PET müayinəsi oldu?”
PET müayinəsinə həkim qərar verir
Belə müzakirələr olmasın deyə, mən buradan mesaj vermək istəyirəm. Çünki bizim qarşımızda olan daima bir xəstədir. Həmin xəstənin əlamətlərinə görə biz qərar verə bilərik ki, buna bir PET müayinəsi lazımdır, yoxsa kompüter tomoqrafiya müayinəsi lazımdır?
Ümumiyyətlə, daha öncə videolarda da ifadə elədiyim kimi xəstənin kolonoskopiya olundu, qastroskopiya olundu, oradan biopsiya alındı, patohistoloq mikroskop altında baxdı, ona xərçəng diaqnozu qoyuldu, sonra biz mərhələləndirmək üçün “tarama” elədik. Şübhəli bir şey çıxarsa, bu halda mütləq PET müayinəsini çəkdirdirik. PET müayinəsi nəticəsinə görə də biz o xəstənin artıq növbəti müalicəsini təyin edə bilirik.
Ona görə bəzən əlavə müayinələr istəyəndə biz həkimlərin başa düşülməsini çox istəyərdim.