Xərçəng xəstəliyində ispatlanmışdır ki, “konkret o maddə xərçəng xəstəliyə gətirib çıxara bilir”.
Məsəl üçün, “asbest” maddəsi “mezotelyoma” dediyimiz, yəni peritonun, plevranın müxtəlif xərçənginə gətirib çıxara bilir.
Məsələn, siqaret tütünü ağciyər xərçənginə gətirib çıxara bilir, qırtlaq xərçənginə gətirib çıxara bilir.
Bəli, biz kanserogen, zərərli vərdişlərdən uzaq olmaqla o riskimizi azaltmış oluruq. Amma bu özü də bir zəmanət vermir ki, bizdə bir xəstəlik olmayacaq. Çünki xərçəngin (kanserin) ən çox risk faktorlarından biri də genetik faktordur. Amma sadəcə nədir? Kanserogen maddələrdən uzaq olmaqla, zərərli maddələrdən uzaq olmaqla onların yarada biləcəyi biz xərçənglərdən uzaq ola bilərik. Və bu özü də, statistik olaraq çox böyük bir rəqəmdir.
Yəni ki, sağlam həyat yaşamaqla, zərərli vərdişlərdən uzaq durmaqla biz kifayət qədər xərçəngə tutulma ehtimalımızı azaltmış oluruq.