Categories
ONKOLOGİYA YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçəgi xəstəsi həkimə hansı sualları verməlidir?

Məsələn, xəstənin yoğun bağırsaq xərçəngi var. Biz bu videolarda, qısa videolarda çalışacağıq ki, “Xəstə həkimə hansı sualları verməlidir?”  Bu da keçən həftə bir xəstə gəldi dedi: “Nə sual verəcəyimi bilmirəm”.  Dedim, “Əslində düz deyirsiniz. Bəzən bu adam şok vəziyyətində nə sual verəcəyini bilməyə bilər”. Ona görə də burada çalışacağam bütün xəstəliklər üzrə sistematik şəkildə hamısını […]

Categories
ONKOLOGİYA

Xərçəng xəstəliyinin əlamətləri nələrdir?

Hansı əlamətlər bizə siqnal verə bilər ki, bizdə bir xərçəng xəstəliyi ola bilərmi? Təbii ki, bu, yerləşdiyi orqandan asılı olaraq dəyişir. 

Categories
ONKOLOGİYA

Xərçəng xəstəliyi artıbmı?

Həm sosial media olsun, həm gündəlik xəstə müayinələrində olsun ki, belə bir anlayış – xəstələrimiz deyir ki, “Son zamanlarda bu xəstəlik artmışdır”. Təbii statistik olaraq artma müşahidə edilir. Buna müxtəlif risk faktorların, yaşama şəraitin dediyimiz, hava kirlənməsindən tutmuş digər məişətlə əlaqələndiririk, qidalarla hər bir şeylə əlaqələndirə bilərik. 

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA SÜD VƏZİ

Süd vəzi qoruyucu cərrahiyyə

Süd vəzi qoruyucu cərrahiyyə hansı halda aparılır? Əgər xəstəlik çox yayılmış deyilsə, ətrafında deyilsə və xəstənin ümumi vəziyyəti gələcəkdə radioterapiya almağa imkan verirsə və tümörün ölçüsündən asılı olaraq, tümörün adından asılı olaraq, digər yerlərə yayılmasından asılı olaraq süd vəzi qoruyucu cərrahiyyə edilməsi mümkündür. Tibbdə artıq elə məsələlər var ki, müzakirə olunmur. Amma təəssüf ki, biz […]

Categories
ONKOLOGİYA

Kanserogen maddələr hansılardır?

Kanserogen – zərərli maddələrdir ki, hansı ki, bunlar insan vücudunda gələcəkdə bir xərçəng yarada bilər. Buna biz siqareti və içkini və ya kirli havanı, bəzi zərərli qidaları, hisə verilmiş qidaların çox istifadə olunması, turşuları və digər bütün zərərli faktorları kanserogen adlandıra bilərik ki, hansı ki, daimi onlar qıcıqlandırır, qıcıqlandırır, bədənin müqaviməti qırıldıqdan sonra artıq hüceyrələrin […]

Categories
ONKOLOGİYA

Xərçəngin qarşısını ala bilərikmi?

Xərçəng xəstəliyində ispatlanmışdır ki, “konkret o maddə xərçəng xəstəliyə gətirib çıxara bilir”.  Məsəl üçün, “asbest” maddəsi “mezotelyoma” dediyimiz, yəni peritonun, plevranın müxtəlif xərçənginə gətirib çıxara bilir.  Məsələn, siqaret tütünü ağciyər xərçənginə gətirib çıxara bilir, qırtlaq xərçənginə gətirib çıxara bilir. Bəli, biz kanserogen, zərərli vərdişlərdən uzaq olmaqla o riskimizi azaltmış oluruq. Amma bu özü də bir […]

Categories
ONKOLOGİYA

Onkoloji xəstəliklərdə mərhələləndirmə

Onkoloji xəstəliklərdə mütləq mərhələləndirmə lazımdır. Mərhələləndirmə olmadan o xəstənin heç bir müalicəsi, yəni kimyaterapiyasının, şüaterapiyasının və cərrahiyyəsinin aparılması məqsədəuyğun deyil. Yalnız mərhələ olduqdan sonra biz artıq müalicələrə başlayırıq. Müalicə nədir? “Cərrahi əməliyyat olsun-olmasın?”, “Kimyaterapiya olsun-olmasın?” və ya “Şüaterapiya olsun-olmasın?”. Bütün bu 3 ana onkoloji xəstələrdə olan müalicə sistemi yalnız mərhələləndirmədən sonra olmalıdır. Mərhələləndirmədə isə müxtəlif […]

Categories
BARİATRİK MƏDƏ ONKOLOGİYA

Mədəkiçiltmə əməliyyatı xərçəngə gətirirmi?

“Mədəkiçiltmə əməliyyatlarından sonra xərçəng” mövzusuna tez-tez toxunulur. Məsələn, bəzi adamlar deyir ki: “Mədəkiçiltmə sonrası xərçəng oldum” və ya “Mədəkiçiltmə sonrası bu mədə xərçənginin vəziyyəti necə ola bilər?” Ümumiyyətlə, dünyada siqaretdən sonra xərçəngin ən böyük risk faktorlarından biri piylənmədir. Bir insan obezdirsə, piylənmədirsə, onsuz da, bu, siqaret çəkən qədər xərçəngə risk faktorudur. 

Categories
CƏRRAHİYYƏ

Əməliyyatdan sonra əmələ gələn yırtıqlar

Bir həkim, bir xəstəyə bir əməliyyat eləyib. Əməliyyat çox müvəffəqiyyətlə icra olunub. Amma əməliyyatdan sonra yırtıq əmələ gəlib xəstədə. Xəstə də təbii ki, bir şikayətə gəlib aqressiv şəkildə və izah etməyə çalışır ki, “Bu əməliyyatdan sonra məndə bu yırtıq əmələ gəldi”. Eyni zamanda da obezdir, 140 kilodur, şəkəri var, idarəolunmaz bir şəkəri mövcüddur, tromboflebiti var.

Categories
ONKOLOGİYA ÜMUMİ

Niyə onkoloji xəstəliklərdən çox danışırıq?

Şəxsiyə gələn suallardan biri də odur ki: “Niyə, məsələn, dönə-dönə ancaq mədə xərçəngi, mədəaltı vəzi xərçəngi? Nəyə görə bu mövzularda daha çox üstünə basa-basa durursunuz?” və “Nəyə görə yoğun bağırsaq xərçəngi və süd vəzi xərçəngi haqqında danışırsınız?” Həqiqətən, bu, çox maraqlı bir sualdır. Mən də buradan mesaj vermək istəyirəm. Əslində bu videoya çoxları da qulaq […]