Məsələn, xəstənin yoğun bağırsaq xərçəngi var. Biz bu videolarda, qısa videolarda çalışacağıq ki, “Xəstə həkimə hansı sualları verməlidir?” Bu da keçən həftə bir xəstə gəldi dedi: “Nə sual verəcəyimi bilmirəm”. Dedim, “Əslində düz deyirsiniz. Bəzən bu adam şok vəziyyətində nə sual verəcəyini bilməyə bilər”. Ona görə də burada çalışacağam bütün xəstəliklər üzrə sistematik şəkildə hamısını […]
Category: YOĞUN BAĞIRSAQ
Qaraciyər metastazları biz nəyə deyirik? Qaraciyərin biri var öz törəmələri, bir də kənardan aldığı törəmələr var. Bunlar ən çox, məsələn, yoğun bağırsaq xərçəngindən olur, mədədən olur, mədəaltı vəzindən olur, bir də məsələn süd vəzindən və digər onkoloji proseslərdən ola bilər ki, bu metastaz versin ikincili bir proses yaratsın.
Yoğun bağırsaq bizim bağırsağın son qismini təşkil edən orqandır. Onun əsas hissəsi nəcisi formalaşdırmaq və bizə bədəndə ehtiyac olan suyu bədənə geri qaytarmaqdır. Bizim həm də defekasiyamızda – tualetimizdə iştirak etməkdir. “Bağırsağın tam boşalmaması” hissi Burada bağırsaq boşalmasında problemdən söhbət gedirsə, təbii ki, üzvi xəstəliklər ola bilər, rektosel ola bilər, düz bağırsağın sallanması ola bilər, […]