Categories
CƏRRAHİYYƏ

Indocyanine green (ICG) ilə işarələnmiş əməliyyatlar

Biz elə bilirik ki, hal-hazırda cərrahiyyənin pikini yaşayırıq. Yəni bundan sonra artıq inkişaf olmayacaq, artıq hər şey bəllidir… Amma hər şey bəlli deyil.

Ümumiyyətlə, həkim olan bir şəxs, xüsusilə də cərrahlar daima oxumalı, yenilənməlidir. Çünkü dünyanın sənaye təbabəti yerində durmayıb və daima yeni bir şeylər çıxarır, hansı ki bunlar həm xəstənin, həm də həkimin faydasınadır.

Xəstənin faydasına ona görədir ki, bu alınmış uğurlu nəticə birbaşa xəstənin faydasına sayılır.

Cərrahın faydasına nədir?

Xüsusi alətlərin çıxması, xüsusi metodların çıxması, texnikanın çıxması, əgər əməliyyat sürətini qısaldırsa, cərrahın  gözünü çox yormursa, cərrahın ayaq üstdə durmaq müddətini azaldırsa, bunlar cərrahın da faydasınadır.

Bu ən son onkoloji cərrahiyyədə tapılmış yeniliklərdən biri də ICG ilə (indocyanine green) işarələnmiş əməliyyatlardır. Hansı ki, bunlar mədə-bağırsaq sistemin xərçəngə görə aparılmış cərrahiyyəsində çox geniş istifadə olunur.

Indocyanine green ilə işarələnmiş əməliyyat nədir?

ICG əsasən iki cür istifadə olunur. 

Birinci istifadə şəkli: “Indocyanine green” dediyimiz maddəni xəstəyə venadaxili vururuq. Bu maddə bağırsağın və mədənin qanlanmasını göstərir. Elementar şəkildə izah edim… 

Bağırsağın damarını kəsdik, yaxınlaşdırırıq digər bağırsağa… Gözlə baxırsan rəngləri eynidir, qoyursan, amma sonra orada bir qidalanma pozğunluğu olur, anastomoz buraxması olur ki, xəstənin xəstəxanada qalma müddətini artırır, əlavə müdaxilələrə ehtiyac olur… 

Amma “indicyanine green” maddəsi tətbiq olunduqda isə, xüsusi “infrared”lə bağırsağın həmin qanlanan hissəsini yaşıl rəngdə göstərir və biz də görürük ki, hər iki tərəf yaşıldır, demək ki, qanlanması yaxşıdır. Yəni onun qanlanmasına əmin olduqdan sonra həmin anastomozu birləşdiririk. O bizə güvənlik verir. Bu maddə ilə əməliyyat edənlərdə tədqiqatlara görə daha yaxşı nəticələr var. 

“Indocyanine green” ilə işarələnmiş əməliyyatın onkoloji cərrahiyyədə də xüsusi yeri var. Əsasən də, mədə xərçəngi əməliyyatlarında xüsusi tətbiq olunur.

Mədə xərçəngində bu əməliyyatdan öncə, həmin xərçəng toxumasının ətrafına  “indicyanine green” maddəsi vurulur və bu maddə limfa düyünlərinə toplanılır. Biz də bilirik ki, limfa düyünlərinini çıxarılması xərçəng əməliyyatının olmazsa-olmaz bir hissəsidir. Yəni əməliyyatın tərkib bir hissəsidir və disseksiya olunur. 

“Indicyanine green” maddəsi ilə biz ona baxdıqda, həmin maddə, həmin linfa düyünlərini tutduqda və biz həmin “laparoskop”la biz girib onlara baxdıqda, həmin işarələnmiş limfa düyünlərini biz görürük. 

Tədqiqatlarda da bizim öz təcrübəmizdə də, məqalələrdə də şəkillərlə göstərilmişdir. Yəni adi gözlə baxanda onun linfa düyünü olduğunu bilmirik, əmin olmuruq. Amma xüsusi “infrared”lə həmin o yaşıla dönmüş limfa düyünlərini gördükdə, artıq biz deyirik ki, “bu da qalmasın”, götürürük.

Bu, müasir bir metoddur… Xərçəngə görə aparılmış əməliyyatlarda ən son uğurlardan biridir.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində bir çox mərkəzdə bu metodlar var və rutin istifadə olunur. Nəhayət ki, biz də öz ölkəmizdə bu əməliyyatları icra eləməyə başlamışıq və güman edirəm ki, bizim də nəticələrimiz müasir cərrahiyyə nəticələrindən heç geri qalmayacayıq.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir