Bəzən qadın xəstəmiz gəlir və süd vəzisində gilədən bəzən tünd rəngli qanlı maye gəldiyin deyir.
Müayinə edirik. Süd vəzində ilk müayinə ultrasəs müayinəsidir. Bəsit müayinə metodudur və hər yerdə bu müayinə metodundan keçə bilərlər.
Sadəcə bu xəstələr xəstəliyin fərqində olmalıdır.
Xəstəliklər haqqında maarifləndirmə günləri təqvimi var. Həmin təqvimdə, il ərzində ayrı-ayrı xəstəliklər qeyd olunub. Bu tarixlərdə təsadüfən, istər sosial mediada, televizorda və ya məsələn şəhərdə gəzəndə sosial aktivite görürük və o xəstəliyə qarşı bir fərqindəlik yaranmış olur.
Süd vəzində intraduktal papillomalarda fərqindəlik nədir? – Süd vəzin giləsindən həmin o kirli, qanlı mayenin gəlməsidir.
Sonra xəstə fikirləşir ki “Bu nəyə görə belə oldu? Bir həkimə gedim”.
Ultrasəs müayinəsi olunur.
Süd vəzi özü paycıqlı bir orqandır. Orada hüceyrələrdən toplanmış süd axarlara dolur və həmin axarlarla xaricə açılır. Bu hamiləlikdən sonraki zahılıq periodunda olur.
Amma sonrasında qadınlarda bu axarlar daim qalır və ultrasəs müayinəsində də orada, genişlənmiş süd vəzi axarlarında həmin o polipə bənzər papillomalar görünür.
Müalicəsi də əsasən cərrahidir.
Papilloma ilə zədələnmiş süd vəzin axarını cərrahi yolla, iz qalmadan, süd vəzin giləsinin altından kosmetik kəsik etməklə biz həmin axarı çıxarmış oluruq.
Bunlar qaldıqda, böyüdükdə xərçəng riski olduğu deyilir. Amma çox vaxt və bizim öz praktikamızda bunlar vaxtında aşkar olunur, vaxtında çıxarılır deyə başqa bir şeyə çevrilmir. Rahat əməliyyatdır. Xəstələr də rahat olur. Tək əməliyyatla, müalicəsiz bu xəstəlikdən qurtulmuş olurlar.