Categories
ONKOLOGİYA SÜD VƏZİ

Mamoqrafiyaya nə vaxt müraciət edilməlidir?

Mamoqrafiya süd vəzinin rentgenoloji müayinəsidir.

Burada əsasən skrininqə daxildirsə, məcburidirsə, 40 yaşından artıq hər bir qadın mamoqrafiyadan keçməlidir.

Əgər mamoqrafiyada heç bir şübhəli patoloji bir hadisə yoxdursa, bu artıq 3 ildən sonra, 5 ildən sonra ola bilər.

Əgər xəstənin birinci dərəcəli ailə üzvündə: anasında, bacısında və ya yaxınlarında süd vəzi xərçəngi varsa və genetik o xərçəngə yoluxma riski varsa, mamoqrafiya tövsiyə edilir. 

Əgər bir qadının qohumunda, məsələn, anasında 45 yaşında süd vəzinin xərçəngi çıxıbsa, o qadın artıq 35 yaşından etibarən mamoqrafiya müayinələrindən keçməlidir.

Tövsiyə edilir ki, həmin adam neçə yaşında xəstələnmişdisə, ondan 10 il erkən başlasın mamoqrafik müayinələrə və daha sıx, yəni bir şey çıxmasa belə bir ildən bir müayinələrdən keçsin.

Standart yaş ortalama 40 yaş qəbul olunur.

Əgər xəstənin qohumunda çıxıbsa, məsələn, deyir ki “Mənim anamda 45 yaşında süd vəzinin xərçəngi olmuşdu”, o artıq 35 yaşından etibarən mamoqrafiya müayinələrindən keçməlidir.

Və bir də şikayət varsa, yaşından asılı olmayaraq, bir cərraha gəlmişsə, ultrasəsdə də ehtiyac varsa, o zaman artıq mamoqrafiya müayinəsindən keçirilə bilər.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir