Categories
CƏRRAHİYYƏ

Xəstə əməliyyatdan sonra xəstəxanada neçə gün yatmalıdır?

Hər bir əməliyyatın öz yatış müddəti var. Bunlar dünyada, əsasən, standartdır.

Məsələn, Amerikada bu gün tezdən öd kisəsindən əməliyyat olunan xəstə axşam artıq evə yazıla bilir. Buna “günübirlik xəstəliklər” deyirlər. 

Biz isə məsələn, öz ölkəmizdə qapalı əməliyyat eləmişiksə, bir gün yatırdıb, səhəri günü yola salırıq. Məsələn, mədə əməliyyatı olunubsa, artıq xəstə 5-7 gün yatmalıdır. Mədəaltı vəzi əməliyyatı olubsa, 7-9 gün altında yata bilər.

Bu dediyim əməliyyatlar laparoskopik olunubsa, bunun yatış müddəti qısala bilər. Biz standartını danışırıq, pərakəndəliyini danışmırıq. Fərdi yanaşmalar ola bilər.

Bir çox ölkələrdə səhiyyə sığortası ilə tənzimləndiyi üçün hər yatış sığortaya bir maliyyətə başa gəlir. 

Sonra fikirləşiblər ki, biz maliyyəti düşürmək üçün nə edə bilərik?

Buna görə də yeni metodlar çıxıb. 

Məsələn, laparoskopiyanın dünyada geniş yayılmasına ən böyük səbəb maliyyəti düşürməsidir, əslində. Yəni xəstənin əməliyyatdan sonra ağrıkəsiciyə ehtiyacı az olur, xəstəxanada qalmaq müddəti az olur, əməliyyatdan sonrakı fəsadları az olur. 

Belə olduğu halda laparoskopik əməliyyatlar üstünlük qazanmışdır, səhiyyə maliyyə xərclərini düşürmüşdür.

Deməli, xəstəyə az travma verməliyik.

Xəstə əməliyyatdan sonra nəyə görə xəstəxanada qalır?

  1. Bir qanaxma təhlükəsi ola bilər.
  2. Anesteziyadan oyanır. Anesteziyadan oyandığı üçün, onun da müəyyən gözləmə müddəti var, ona görə yatır.
  3. Biz xəstəni aktivləşdirib evə göndərməliyik, aktivləşdirilməsini gözləyirik.
  4. Əməliyyatın qısa dövr fəsadları ola bilər. Bunları gözdən qaçırmamaq üçün. Əsasən, anesteziyası 1 saatdan qısa olan əməliyatlarda biz xəstəni xəstəxanada 1 gün yatırdırıq. Amma böyük abdominal əməliyyatlar keçiribsə, artıq burada müdaxilələr iri həcimli olunubsa, xəstənin, tutaq ki, 2-ci gün, 3-cü gün qanaxma riski ola bilər, tromb ola bilər… Bu hadisələr ola bilər deyə biz xəstəxanada ortalama 5-6 gün yatırdırıq.

Xəstə əməliyyatdan nə qədər əvvəl xəstəxanaya yatırılmalıdır?

Ambulator günübirlik əməliyyatlarda, 1 saata qədər əməliyyatlarda biz xəstəni əməliyyat günü səhər tezdən yatırdırıq.

Yox, əgər xəstə xüsusi hazırlıq tələb edirsə, tromb profilaktikasını tələb edirsə, bağırsaq təmizliyini tələb edirsə, müalicə tələb edirsə, böyük əməliyyata girəcəksə, biz onları bir gün əvvəl xəstəxanaya yatırdırıq ki, əməliyyat öncəsi dövrdə xəstələrimizi əməliyyata hazırlayaq.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir