Categories
ONKOLOGİYA ÜMUMİ

Xəstəyə xərçəng olduğunu deməliyik?

Cəmiyyətdən cəmiyyətə, ölkədən ölkəyə, böyüdüyü mentalitetdən asılı olaraq burada fərqlər var. 

Bəzi adamlar xəstəliyin özünün ciddiyyətinin mahiyyətini qaldıra bilmir. Amma istər tibb haqqlarında, etik olaraq, xəstə haqqları olaraq hər bir xəstəyə mütləq xəstəliyi haqqında məlumat verilməlidir.

Öz təcrübəmizdən götürsək, bugünkü gündə mümkündürmü? Təəssüf ki, mümkün deyil. 

Xəstələrin yaxınları israrla deyir ki, “Deyin, yara var, deyin, xora var. Bədxassəli xəstəlik olduğunu, xərçəng olduğunu deməyin”.

Belə bir hadisə olmuşdu. Xəstə yaxınları gəlmişdi israrla: “Xəstəyə qətiyyən bildirməyin. Deyin ki, bağırsağınızda yara var və ya balaca polip var o götürüləcək”. 

Sadəcə atasıyla tək qaldıqda, söhbət etdikdə mən hiss elədim ki, o xəstəliyini soruşur, şübhələnir və bilmək onun haqqıdır. Fürsətdə mən bunu dedim ona. Amma dedim ki, “Elə mərhələdir ki, müalicəyə tabe olandır. Müalicə ilə işiniz çox effektiv olacaq və istədiyimiz, arzuladığımız nəticələri alacaqsınız”. Xəstəlik haqqında məlumat verdim, gedəcəyimiz yol haqqında məlumat verdim, əməliyyat edəcəyimizi söylədim, əməliyyatdan sonra bir sürü müayinələr və kimya-terapiyanın lazım olacağını dedim.

Etik olaraq, xəstə haqqları olaraq hər bir xəstəyə mütləq xəstəliyi haqqında məlumat verilməlidir.

O təcrübəmə əsaslanaraq mən deyim ki, o xəstədən çox müsbət bir nəticə aldım. Çünki o xəstə sonradan mənə dəfələrlə təşəkkür elədi, həyatındakı pis vərdişlərin hamısından uzaqlaşacağına söz verdi və elədi də. Uzun müddətdir ki, əlaqə saxlayırıq, gəlir-gedir və həqiqətən də, işinə çox məsuliyyətlə yanaşır.

Və ya bunun tərs tərəflərin desəm… 

Məsələn, bəzən psixoloji zəif insanlar, xəstəlikdən çox qorxan insanlara biz bunu deyə bilmirik. Çünki həmən panikaya düşür, “xərçəng” sözünün “ölümə” bərabər olduğunu düşünür və veriləcək müalicələrin hamısının buna zərər verəcəyini düşünür.

Amma biz xəstəyə desək ki: “Bəli, sənin əməliyyatdan sonra ürəkbulanman olacaq. Kimya- terapiya alacaqsan. Kimya-terapiya sırasında bəzən saçın tökülə bilər, təkrari müayinələrə ehtiyacın var…”

Sıra zamanla bunlara gəldikdə və xəstə deyir ki, “Həkim mənə demişdi… Demək ki, bunlar normal bir şeydir”.

Yoxsa, düşünün biz xəstəyə demirik. Deyirik ki, “Bir şey yoxdur” və deyirik ki, “Kiçik bir şeyə görə əməliyyat edirik” və xəstə aylarla müayinəyə gedir, müayinələrdən gəlir və nəticədə bir gün öyrəndikdə həkimdən incimiş olur.

Məsələn, deyir ki: “Əgər polip idisə, mənim qonşumda və ya bir rəfiqəmdə və iş yoldaşımda polip götürülmüşdü, onda bu qədər çəkməmişdi”. “Mən qarnımın izin göstərdim, siz əməliyyatla eləmisiniz. Ona endoskopiya ilə edilib”.

Yekun olaraq demək istəyirəm ki, hər bir xəstə mütləq xəstəliyini bilməlidir. İmkan daxilində bunları ətraflı izah etməliyik. Belə olduğu halda xəstələrin də həm həkimə inamı artır, həm də daha məhsuliyyətli olur növbəti müalicələrə qarşı.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir