Mədəaltı vəzi xərçəngi nadir rast gəlinən xərçəng qruplarındandır.
Amma ortalama populyasiyanı götürdükdə Azərbaycanda ildə 200-350-400 nəfərə pankreas – mədəaltı vəzi xərçənginə rast gəlmək olar.
Müəyyən qismi əməliyyata gedə bilir. Çünki rast gəlindiyi anda təəssüf ki, gecikmiş mərhələdə olur.
Amma bəzən kanala yaxın yerləşdikdə, axara yaxın yerləşdikdə kiçik ölçüdə olsa da, artıq sarılıq, qaşıntı kimi əlamətlər verir, hansı ki, bu xəstədə həyəcan yaradır, xəstəni həkimə yönəldir və həkim ilkin, başlanğıc mərhələdə bunun diaqnozunu qoya bilir.
Bildiyiniz kimi baş, boyun, quyruq hissədən ibarətdir və yerləşim yerinə görə artıq bir əməliyyata qərar verilməlidir.
Əməliyyatdan öncə hazırlıq əsasən Kompüter Tomoqrafiya (KT) ilə qoyulur.
Burada 3 dənə kriteriya var ki, hansı ki biz bunu:
- Əməliyyəta götürək?
- Kimya verək, sonra əməliyyata götürək? Yoxsa ki…
- Heç əməliyyat etməyək, kimya terapiyayamı yönləndirək?
Bu hallar mövcuddur.
Burada nə edəcəyik?
Kompüter Tomoqrafiyadan sonra əgər damara qonşu orqanlara yapışıqlığı yoxdursa, uzaq orqanlar metastazı yoxdursa, xəstə yaxşı olardı ki, birinci əməliyyata getsin.
Yox əgər damar yapışıqlığı varsa və bu yapışıqlıq tibbdə bizə verilən ölçüdən qısadırsa, birinci kimya verib, sonra əməliyyata göndəririk.
Yox əgər damar yapışıqlığı və ya orqan yayılımı varsa, artıq bu zaman biz bir dəfəlik kimya terapiya verib ondan sonra xəstəni təkrar qiymətləndiririk.
Amma bütün bu saydığım hallar neqativ hallar olmasına baxmayaraq, xəstə vaxtında müraciət edibsə və ya vaxtında aşkarlanıbsa, insidental – təsadüfən, bu xəstələr müvəffəqiyyətlə müalicə oluna bilir. Yəni əməliyyat olunub, əməliyyatdan sonra artıq müalicəsi tamamlana bilir.
Amma bir şey unutulmamalıdır ki, yerləşim yeri olaraq qonşu orqanlarla münasibətə görə çox ciddi orqandır və daima fəsada açıq bir əməliyyat tələb etməkdədir. Amma dediyim kimi böyük əksəriyyət əməliyyatı uğurla bitirib, yəni yaxşı nəticələr əldə edə bilirlər.