Categories
MƏDƏ

Mədə xərçəngində dünyada ilk 20 yerdəyik

Mədə xərçəngi günümüzdə geniş yayılmışdır. 

Yüz min əhaliyə düşən sayla ölçülür bu xərçəng xəstəlikləri və təəssüflər olsun ki, Azərbaycanda kişilər arasında rast gəlinmə tezliyinə görə dünyanın ilk 20 ölkəsindədir. Qadınlar arasında rast gəlinmə tezliyinə görə isə bir az daha yaxşıdır. 

Mədə xərçəngində coğrafiya faktoru

Biz düşünsək ki, bu statistikaya düşən rəqəmdir, statistikaya düşməyən kifayət qədər xəstəmiz var ki, hansı ki, onlar olduğu yerlərdə, bəlkə də, registrasiyadan keçə bilmir, endoskop uda bilmir, bu diaqnoz qoyula bilmir və ya xəstəxanaya gedib qeydiyyata düşə bilmir. Bu rəqəmin ölkəmizdə ağır olduğunu göstərə bilərik.

Ölkəmizdə düşünülən mədə xərçənginə ən böyük təsir edən faktorlardan biri yeməkdir. Bir də, bəlkə də, genetik faktorlar rol oynamaqdadır. 

Amma mən həmişə xəstələrimə dediyim kimi, artıq bunun səbəbi nə olursa-olsun, bu xəstəlik üzə çıxıbsa, biz bundan sonrakı etaplara baxmalıyıq.

Mədə xərçəngində erkən diaqnoz önəmlidir

Mədə xərçəngi Azərbaycanla birlikdə Türkiyədə, İranda, yəni, regionda, həqiqətən də, yüz  min əhaliyə düşən saya görə lider xərçənglərdən biridir. Amma uzaq şərqdə, Çində, Yaponiyada, Monqolustanda, Koreyada bu rəqəm bizdən bir qat da yüksəkdir. 

Amma onlar nə eləyiblər? Onlar bu xəstəliyi daha erkən vaxtda üzə çıxarıblar deyə bizdəki qədər gecikmiş mərhələdə gəlmirlər. Çox erkən mərhələdə gəlirlər və erkən mərhələdə gəldikdə bəzən təkcə cərrahi əməliyyatla və ya təkcə endoskopik müdaxilələrlə o xəstəlikdən qurtulmuş olur. 

Amma Avropaya doğru getdikcə bu rəqəm dəyişməkdədir. Təəssüflər olsun ki, bir az gecikmiş mərhələdə gəlirlər. 

Öncə əməliyyat – sonra kimyaterapiya, ya da tərsinə…

Gecikmiş mərhələdə gəldikdə isə yerləşmə yerindən asılı olaraq və mərhələsindən asılı olaraq müalicə protokolları dəyişməkdədir. Biz bəzən əməliyyatdan əvvəl kimya veririk, bəzənsə birbaşa əməliyyata aparıb sonra kimya veririk. 

Bilirsiniz, tibbdə belə bir söz var, “xəstəni müalicə et, xəstəliyi yox”. Yəni bu da həmin xəstənin durumundan asılıdır. Əgər orada qanaxmaya, qidanın hərəkətinə mane olubsa, bəlkə də, biz birinci əməliyyata götürürük. Yox əgər xəstə fitdirsə, durumu fitdirsə və ətrafa yayılıbsa, biz birinci kimya verib, sonra artıq əməliyyata götürmüş oluruq. 

Mədə xərçəngi əməliyyatı açıq, yoxsa qapalı edilir?

Əməliyyatlar özü də günümüzdə açıq və qapalı olunmalıdır. Amma biz deyə bilmirik hər xəstə mütləq açıq olunmalıdır və ya qapalı olunmalıdır. Burada xəstəliyin mərhələsindən, damara münasibətindən, limfa düyünlərinin sayından, şişin ölçüsündən asılı olaraq qərar veririk. Amma qapalı əməliyyatlar, yəni laparoskopik əməliyyatlar daima daha yaxşıdır xəstə üçün, əməliyyatlardan sonrakı dövr üçün, bərpa olunması üçün.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir