Categories
ÜMUMİ

“Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin konfransından

Bu yaxınlarda Portuqaliyada “Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin bir konfransı var idi. Biz də oraya gedib, iştirak etdik və növbəti 4 illiyinə o dərnəyin Azərbaycan təmsilçisi olaraq seçildik və fəaliyyətə başladıq.

Bu o deməkdir ki, artıq növbəti 4 il ərzində o cəmiyyətlə Azərbaycanın çox sıx əməkdaşlığı olacaq, biz də öz təcrübəmizi Azərbaycan platformasını oralarda təmsil edəcəyik.

Bildiyinizə görə, pandemiyalara görə uzun zamandır konfranslar yox idi. Bu pandemiyadan sonra ilk necə deyim, bizim üçün böyük bir xarici konfrans idi və bu konfransın mahiyyəti nədən ibarət idi? Yəni bu bizə son 2 ildə onkoloji cərrahi xəstəliklər arasında olan yeniliklərdən bizə nə bəhs etmişdir? 

Bunlardan biri o idi ki, artıq mədə xərçənglərində tək metastazı varsa və kimyaterapiya zamanı yayılma yoxdursa, artıq onların da cərrahi əməliyyatına şans verilməsi tövsiyə edilirdi.

İkinci ən böyük yeniliklərdən biri isə qarın boşluğuna yayılmış şişlərdə, qarın boşluğuna yayılmış metastatik xəstəliklərdə aparılmışisti kimyaterapiyaların həm yaxın, həm uzaq nəticələri və yeni metodları, yenidən müzakirə olundu və oralarda çox tez-tez istifadə olunan “high-pick” metodların da çox yaxşı nəticələr əldə etdiklərini söylənildi.

Biz də düşünürük ki, bu yenilikləri artıq növbəti illərdə öz ölkəmizdə, öz xəstələrimizə istifadə edək. Bu metodlarla da yeni xəstələrimizə şəfa tapmalarına bir vasitəçi kimi bir köməklik edək, bir yol alaq.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir