Categories
ONKOLOGİYA ÜMUMİ

Niyə onkoloji xəstəliklərdən çox danışırıq?

Şəxsiyə gələn suallardan biri də odur ki: “Niyə, məsələn, dönə-dönə ancaq mədə xərçəngi, mədəaltı vəzi xərçəngi? Nəyə görə bu mövzularda daha çox üstünə basa-basa durursunuz?” və “Nəyə görə yoğun bağırsaq xərçəngi və süd vəzi xərçəngi haqqında danışırsınız?”

Həqiqətən, bu, çox maraqlı bir sualdır. Mən də buradan mesaj vermək istəyirəm. Əslində bu videoya çoxları da qulaq asa bilər.

Nəyə görə? Çünki bəzi xəstəliklər insan həyatını təhdid eləmir və ya bəzi xəstəliklər var ki, o gec dövürdə çıxsa da, yenə də insan həyatını təhdid etmir. Amma bu xəstəliklər elədir ki, erkən mərhələdə çıxdıqda çox rahatlıqla müalicə oluna bilən bir xəstəlikdir. Amma gec mərhələdə çıxdıqda isə həm həkimin işi mürəkkəbləşir, həm xəstənin işi mürəkkəbləşir. Yəni işlər bir az qarışmış olur.

Ona görə davamlı danışmaqda əsas verdiyimiz mesaj yenə də bir dənədir ki, “Erkən diaqnostika! Əlamətlər varsa, vaxtında həkimə getmək, doğru həkimi seçmək”. 

Məsələn, keçən səfər bir xəstə gəlmişdi, 3 aydır – 4 aydır xəstə idi. Xəstəyə bildiyiniz bir bitki yağını içizdiriblər ki, “Bu xəstəlikdən qurtulacaqsan!” Xəstə artıq bizə gələndə çox pis vəziyyətdə idi. O xəstəyə də müəyyən mənada köməyimiz dəydi. Müəyyən mənada cərrahi əməliyyatla xəstəliyinin necə deyim qarşısını almış olduq.

Amma verdiyimiz mesajlar da ondan ibarətdir ki, xəstədə bir xəstəlik aşkarlanıbsa, vaxtında həkimə getməklə, düzgün həkimə getməklə, konsiliumlar eləməklə xəstəyə təklif olunan düzgün müalicənin götürülməsidir. Çünki ölkəmizdə bu xəstəliklər geniş yayılıb. Vaxtında çıxarsa, müalicə oluna bilən bir xəstəlikdir. Gec çıxarsa isə işi bir az mürəkkəbləşə bilən bir xəstəlikdir. 

Ona görə də əsas bu mövzuda danışmaqda verdiyimiz mesajlar ondan ibarətdir ki, bu xəstəliyə şübhə varsa, bu xəstəliyin hər hansı bir əlamətləri varsa, vaxtında həkimə gedib, müraciət olunub müalicə olunmalarıdır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

One reply on “Niyə onkoloji xəstəliklərdən çox danışırıq?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir