Bu xəstəliyin bir çox faktorundan asılıdır. Bunlar hamısı göstərişlə olunur. Yəni xəstənin istəyi ilə olmur.
Əgər xəstədə bir onkoloji problem varsa və lokal problemdirsə, mərhələsindən asılı olaraq hamısı alına bilər.
Bəzən elə mərhələdə olur ki, biz burada süd vəzi qoruyucu cərrahiyyə də edə bilərik və ya tamamən ala bilərik. Bundan sonra xəstənin alacağı müalicələr dəyişə bilir.
Məsələn, biz əgər süd vəzi qoruyucu ediriksə, bir çox hallarda bundan sonra şüa terapiyaya getməlidir. Amma xəstə deyir ki, “Mən şüa terapiya almaq istəmirəm”. Çünki yorucu ola bilir. 20-25 gün getməlidir, gündə 10-15 dəqiqə. O zaman biz hamısını alırıq.
Amma nəticədə bu bir orqandır. Orqan qoruyucu əməliyyatlara biz üstünlük veririk. Yəni alınma tərəfdarı heç vaxt olmuruq.
Əgər xəstə sonrakı müalicələri qəbul edirsə, qoruyucu əməliyyatlar eləsək, daha yaxşı olar.