Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

Qəbizlik bağırsaq xərçənginin xəbərçisidir?

Biz həkimlərin vəzifəsi maarifləndirməkdir, xəstələrimizi qorxutmaq deyil. 

Qəbizlik də çox geniş yayılmış problemdir. Belə danışdıqda xəstələr təşvişə düşür. 

Qəbizlik, bəli, çox nadir hallarda da olsa, bu, xəstəlik səbəbilə ola bilər.

Amma hər qəbizliyi olan xərçəng olacaqmı? Yoğun bağırsaqda bir problem yaşayacaqmı? Bu əsla belə deyil. 

Bir risk faktoru da deyil. 

Sadəcə bir qəbizlik varsa və bu qida ilə, pəhrizlə düzəlmirsə, mütləq xəstə həkimə müraciət etməlidir. Çünki yoğun bağırsaq xərçənglərin bəzən qəbizlik şikayətləri ilə, çətin tualetə getmək şikayətləri ilə və yalançı tualetə getmə şikayətləri ilə həkimlərə müraciət edirlər.

Bəzi adamlar bu şikayətlər olsa belə, bitki müalicəsinə və ya xalq təbabətinə və başqa bir müalicələrlə özlərinə yol tapmış olurlar. 

Ən yaxşısı o olardı ki, belə bir şərtləri varsa, yalançı tualet çağırışı varsa, ciddi qəbizlik varsa, tam boşalmama şikayəti varsa, o zaman bir həkimin qəbulunda olsun, bir dəfə yoxlanılsın. Əgər bu səbəb dediyimiz xəstələrlə əlaqəli deyilsə, ondan sonra digər vasitələrlə qəbizlik problemi həll olunsun.

Qəbizlik varsa və bunun həyat keyfiyyətini aşağı salırsa, ilk başda bir həkimə müraciət etməli. Bu qastroenteroloq və ya cərrah ola bilər. Həmin müraciətdən sonra artıq normal həyatına bir xəstəlik yoxdursa, davam edə bilər.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir