Yəni öd kisəsində daş var, müəyyən vaxtdır diaqnoz qoyulub utrasəs müayinəsi ilə, amma heç bir narahatçılıq vermir, oruc tuta bilərmi?
Bir həkim kimi əslində mən tövsiyə etməzdim. Çünki orucluqda bədəndə mayenin miqdarı azalır, durğunluq yarana bilər. Öddə qatılaşma, hansı ki, bu, öd daşı olanlarda bir kəskinləşmə prosesinə gətirə bilər və bunu, təəssüf ki, təcrübəmizdə də görürük. Yəni Ramazan ayının sonuna doğru ödündə daş olanların sancı ilə, öd sancısı ilə gəlməsində biz görürük.
Daş varsa, vaxtında əslində əməliyyat olunsa, daha yaxşı olar.
Əgər əməliyyat olunubsa, 3-4 ay keçibsə, bunlar da artıq oruc tuta bilər. Amma daş varsa, ağrısı varsa, əlamət varsa, tutmamağı daha məsləhətlidir.
One reply on “Öd daşı olanlar oruc tuta bilərmi?”
Salam.