Qaraciyərdə rast gəlinən törəmələr əsasən birincili və ikincili olur.
Amma ikincili törəmələrin əmələ gəlmə ehtimalı 20 dəfə çoxdur. Yəni daha çox öz praktikamızda qaraciyərin ikincili törəmələri, yəni metastaslar, yəni tümörün ocağı başqa orqandadır, oraya qan dövranı ilə gəlib qaraciyərdə tutulması ilə müşahidə olunan xəstəliklər qarşımıza gəlir.
Qaraciyər birincili törəmələr isə əsasən nadir rast gəlinir, az sayıda rast gəlinir və təəssüf ki, rast gəldikdə bəlli bir sahəsi gecikmiş halda olduğu üçün radikal müdaxilələrlə təmizlənməyə ehtiyac qalır və yalnız kimyaterapiya ilə müalicə olunmasına ehtiyac olur.
Amma burada məsələ necədir?
Qaraciyərin öz birincili törəmələri əsasən virus xəstəliklərində, qaraciyərin hepatiti olan xəstələrdə müalicə alınmadıqda və ya gec dönəm müalicə alındıqda onun zəminində əmələ gələn törəmələr olur, bədxassəli törəmələri.
Xoşxassəli törəmələri isə, bunlar isə hamıda gələ bilər. Bu damara bağlı ola bilər, adenom ola bilər… Bunlar qorxulu deyil. Ölçüsü böyüdükcə bunlarda artıq müdaxilələrə ehtiyac olur.
Virus nəticəsində əmələ gələn bədxassəli törəmələrin həm pis, həm yaxşı tərəfi var. Yaxşı tərəfi odur ki, insanda virus yoxdursa, insan o virusa yoluxmayıbsa, demək ki, o şiş onda əmələ gəlməyəcək. İkincisi, bəzi viruslara qarşı peyvəndləmə mövcuddur. Peyvəndləmə olunursa, artıq həmin Hepatit B virusuna yoluxma riski qalmır. Riski qalmadığı üçün də bu səfər də onun yaradacağı törəməyə də məruz qalmayacaq.
Bundan əlavə olaraq isə qaraciyərin ikincili törəməsi, metastası, bunlar qarşımıza daha çox gəlir.
Metastas vermə orqanından, yerindən asılı olaraq isə qaraciyər metastaslarına yanaşma müxtəlif cür olur. Bunlara ya biz “metastasektami” dediyimiz bir əməliyyatları icra etmə ilə və ya qaraciyəri müxtəlif etaplı əməliyyat etməklə o dördüncü mərhələdəki şişdən qurtarmaq olur.
Çox seçici davranırıq, xəstəni seçirik. Hansı xəstəni edək? Kimiaterapiyaya cavab vermiş bir xəstəni edək… Tümörün ölçüsü burada çox önəmlidir. Yerdə qalan qaraciyərin keyfiyyəti önəmlidir.
Yəni burada ümidsiz olmamaq lazımdır. Xəstəni kompleks qiymətləndirmək lazımdır və kompleks qiymətləndirmə zamanı da artıq bir konseydə, konsiliumda qərar verilməlidir ki, nə icra olunacaq?