Onkologiya haqqında ilkin təsəvvürlər 2-3 min il əvvəl artıq mövcud idi. Bunu təsvir edən mənbələr qalıb. Amma günümüzdə hələ də onkologiya ilə bağlı suallara cavab axtarılır, onkoloji problemlərin səbəbi axtarılır, incəlikləri öyrənilir ki, insanlar bu xəstəlikdən əziyyət çəkməsin. Anadan olduq, böyüdük, həyatımızın sonlarına doğru davam edirik. Bu yaşadığımız müddətdə hüceyrələrimiz daim yenilənir. Qan hüceyrələrimiz ölür, […]
Author: Dr.Elgün Səmədov
Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.
Gözümüzün qabağına bir personaj gətirək: kök bir xəstə. Bu xəstə arıqlamaq istəyir. Təbii ki, arıq olmaq onun da haqqıdır. O da başqaları kimi ictimaiyyət qarşısına çıxır, sosial yerlərə gedir… Köklüyündən əziyyət çəksə də doymaq üçün çox yemək məcburiyyətində qalır. Biz isə, baxıb qınayırıq: “Niyə çox yemək yeyirsən?” Amma biz başa düşmürük ki, bu onun özündən […]
Öd kisəsiz insan yaşaya bilərmi?
Öd kisəsi bir kisə şəkilli orqandır. Qaraciyərin altında yerləşir və qaraciyərdə istehsal olunan ödü öz içində depolayır. Biz gündə 3-4 dəfə yemək yeyəndə öd kisəsi sıxılaraq ödü bağırsağa qovur və nəticədə öd möhtəviyyatı yeməklə qarışmış olur və həzmdə müəyyən qədər iştirak etmiş olur. Öd kisəmiz olmasa nə olacaq? Bəzi insanlar bunu səhv başa düşür, elə […]
Cərrah seçimi edərkən…
İnsanlar öz cərrahlarını necə seçməlidir? Ümumiyyətlə, dünyada olan praktikaya baxdıqda görürük ki, dünyanın məhşur cərrahları, tanınmış həkimləri heç vaxt öz işlərini, cərrahi şəkillərini, öz pasiyentlərinin şəkillərini heç vaxt paylaşmır, yanlız maarifləndirici çıxışlar edirlər. Bu çıxışlarını həm YouTube-da, həm peşəkar işlədikləri xəstəxanaların saytlarında paylaşırlar. Amma Azərbaycanda bu, bir az fərqlidir. Amerikada bir pasiyentin cərrah seçimi, Almaniyada […]
Çox maraqlı sualdır. Amma bu suala 3-4 cümlə ilə cavab vermək həqiqətən çox çətindir. Çünki, cərrahi xəstəliklər çox geniş anlayışdır. Deməli tutaq ki, bir xəstəlik A nöqtəsində başlayır. C nöqtəsi də cərrahiyyədir. Arada B nöqtəsi var. Xəstəlik B nöqtəsində olanda, tibbdə, hüceyrə fiziologiyasında belə bir anlayış var – xəstəliyin orqanizmdə törətdiyi dəyişikliklər bəzən geri qayıda […]