Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

Qəbizlik bağırsaq xərçənginin xəbərçisidir?

Biz həkimlərin vəzifəsi maarifləndirməkdir, xəstələrimizi qorxutmaq deyil.  Qəbizlik də çox geniş yayılmış problemdir. Belə danışdıqda xəstələr təşvişə düşür.  Qəbizlik, bəli, çox nadir hallarda da olsa, bu, xəstəlik səbəbilə ola bilər.

Categories
CƏRRAHİYYƏ

Xəstə əməliyyatdan sonra xəstəxanada neçə gün yatmalıdır?

Hər bir əməliyyatın öz yatış müddəti var. Bunlar dünyada, əsasən, standartdır. Məsələn, Amerikada bu gün tezdən öd kisəsindən əməliyyat olunan xəstə axşam artıq evə yazıla bilir. Buna “günübirlik xəstəliklər” deyirlər.  Biz isə məsələn, öz ölkəmizdə qapalı əməliyyat eləmişiksə, bir gün yatırdıb, səhəri günü yola salırıq. Məsələn, mədə əməliyyatı olunubsa, artıq xəstə 5-7 gün yatmalıdır. Mədəaltı […]

Categories
CƏRRAHİYYƏ

Bağırsaq keçməməzliyi

Bağırsaq keçməməzliyi günümüzdə çox ciddi problemdir. Hətta bizdə elə xəstələr olur ki, məsələn, gətirirəm, stasionara yatırıram, müalicə verirəm. Tibb bacısı deyir ki, “Doktor, siz buna necə müalicə verirsiniz? Bu, bağırsaq keçməməzliyidir.. Hər yerdə təcili əməliyyata alırlar!” Amma 2-3 gün müalicə verdikdən sonra bir də görürsən bağırsağı açıldı və əməliyyatsız biz onu evinə yola salırıq. 

Categories
CƏRRAHİYYƏ

Indocyanine green (ICG) ilə işarələnmiş əməliyyatlar

Biz elə bilirik ki, hal-hazırda cərrahiyyənin pikini yaşayırıq. Yəni bundan sonra artıq inkişaf olmayacaq, artıq hər şey bəllidir… Amma hər şey bəlli deyil. Ümumiyyətlə, həkim olan bir şəxs, xüsusilə də cərrahlar daima oxumalı, yenilənməlidir. Çünkü dünyanın sənaye təbabəti yerində durmayıb və daima yeni bir şeylər çıxarır, hansı ki bunlar həm xəstənin, həm də həkimin faydasınadır. […]

Categories
CƏRRAHİYYƏ

Cərrah seçimi edərkən…

İnsanlar öz cərrahlarını necə seçməlidir?  Ümumiyyətlə, dünyada olan praktikaya baxdıqda görürük ki, dünyanın məhşur cərrahları, tanınmış həkimləri heç vaxt öz işlərini, cərrahi şəkillərini, öz pasiyentlərinin şəkillərini heç vaxt paylaşmır, yanlız maarifləndirici çıxışlar edirlər. Bu çıxışlarını həm YouTube-da, həm peşəkar işlədikləri xəstəxanaların saytlarında paylaşırlar.  Amma Azərbaycanda bu, bir az fərqlidir. Amerikada bir pasiyentin cərrah seçimi, Almaniyada […]

Categories
CƏRRAHİYYƏ

Hansı xəstəlikləri sırf cərrahiyyə ilə müalicə edirik?

Çox maraqlı sualdır. Amma bu suala 3-4 cümlə ilə cavab vermək həqiqətən çox çətindir. Çünki, cərrahi xəstəliklər çox geniş anlayışdır.  Deməli tutaq ki, bir xəstəlik A nöqtəsində başlayır. C nöqtəsi də cərrahiyyədir. Arada B nöqtəsi var.  Xəstəlik B nöqtəsində olanda, tibbdə, hüceyrə fiziologiyasında belə bir anlayış var – xəstəliyin orqanizmdə törətdiyi dəyişikliklər bəzən geri qayıda […]