Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

“Cərrahlıq” olmamaq üçün nə etməliyik?

Həqiqətən də, bu, çətin mövzudur. Elə mən arzu edərdim xəstəlik olmasın. Amma xəstəlik elə bir şeydir ki, bunun müəyyən risk faktorları var. Bəli, o risk faktorları o insanların həyatında xəstəlik yaradır. Bəzi şeylər var ki, bu insanın özündən ası deyil, əvvəl axır buna xəstələnmiş olur. 

Necə etmək lazımdır ki, mənim xəstəm olmasın?

“Necə edək ki, biz xəstələnməyək?”

Təəssüf ki, imkansız bir şeydir. Xəstələnəcək insanlar bir genetik zəncir olsun, bir dövran olsun ki, çoxalma dövranı, pozulduqda bu xəstəliklər əvvəl-axır baş verir. Bunun risk faktorlar var. Biz bu risk faktorlarından qorunmalıyıq, sağlam həyat yaşamalıyıq, radiasiya varsa uzaqlaşmalıyıq, stress varsa, uzaqlaşmalıyıq.

Amma burada xəstələrimizə və bizə qulaq asan insanlara veriləcək mesaj odur ki, vaxtında diaqnoz qoyulsun. Çünki heç birimiz, mən qarışıq bir xəstəlikdən sığortalanmamışıq. Yəni bu xəstəliyə tutula bilərik. Amma vaxtında aşkarlansa, nəticələrimiz daha yaxşı olur. 

Məsələn, koronavirusdan müəyyən olunub: maska taxmaq, izolyasiya olunmaq, dezenfeksiyadan daha çox istifadə eləmək. Bu xəstəlikdən qoruna bilirsən, amma 100 faizmi qorunursan? Xeyr. Yenə də tutulmaq riskin var.

Onkoloji xəstəliklərdə də risk faktorlarıı: zərərli qidalar, siqaret, alkoqol, konserva… Bunlar risk faktorlarıdır. Bunlardan qorunsan belə yenə bu xəstəliyə tutulma ehtimalın var.

Amma önəmli məsələ bu xəstəlik varsa, vaxtında aşkar olunmalıdır. Çünki Ümumdünya Səhiyyə Təşkilatı olsun, inkişaf etmiş ölkələrdə səhiyyə strukturları olsun, burada ana hədəf qorunmaq deyil, ana hədəf vaxtında aşkar etməkdir. Yəni skrininq olunmaqdır.

Ona görə də, bəli, arzu edərdim, heç kim xəstələnməsin. Amma təəssüf ki, 100 faizlik faktor yoxdur ki, ona əməl etsəm xəstələnməyəcəm.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

2 replies on ““Cərrahlıq” olmamaq üçün nə etməliyik?”

Mən bu gun qaraciyerimde 4 mm lik töreme oldugunu oyrendim ozum 2ci vətən muharibesi də yaralanmisam 6 əməliyatim olub defelerle qan köçrülüb mənə bu törəmə yxşi yoxsa pis bir törəmə olmagini nece bilə bilərəm hal hazirda aygimda mil qoyulub və buzovna reabilitasiya merkezinə mualicə aliram tesekurler

Əli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir