Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

“Xəstənin nə qədər ömrü qalıb?”

Bir həkim olaraq mən xəstələrin bütün suallarına cavab verə bilirəm. Bircə sual mənə çox əziyyət verir, bu suala cavab vermirəm: “Anamın ömrü nə qədər qalıb?” “Atamın ömrü nə qədər qalıb?” Həqiqətən də bu suallar çox çətin suallardır. 

Burada bu mövzuya necə yanaşmaq olar? 

Bildiyiniz kimi onkoloji xəstəliklərdə “ömür” anlayışı var ki, bu xəstəliyin ortalama ömrü… Məsələn yırtıq, öd kisəsi əməliyyatı olursan, apendisitdir, bunlarda bu sual yoxdur. Amma onkoloji xəstəliyin diaqnozu qoyulan kimi xəstələr qəlib deyir ki, “Bunun ömrünə nə qədər qalıb?” Çünki bu rəqəm onkoloji xəstələrdə göstərilmişdir.

Əslində göstərilməsinə səbəb xəstələrin xəstəliyin fərqində olması, erkən diaqnostikalara getməsi, müayinələrə getməsidir bu “ömür” məsələsində.

Bütün onkoloji xəstəliklərdə ortalama bir ömür var. Belə bir anlayış var. Hətta məsələn bir çox xəstəliklərdə 5 ili tamamlayırsa bir xərçəng xəstəliyi biz deyirik ki, “Artıq səni xərçəng xəstəsi kimi qəbul etmirik, sən artıq bu xəstəlikdən qurtulmusan.”

Bu sualın cavabı var

Nəticədə biz bu suala da cavab verməliyik bir peşəmiz gərəyi. Yəni bu sualların da cavabı var. Bu sualların cavabı əslində mərhələsindən asılıdır və sizə deyilən rəqəmlər var. Məsələn, deyilir ki, 3-cü mərhələdə bu mədə olsun, yoğun bağırsaq olsun, mədəaltı vəz olsun, bu rəqəmlər dəyişə bilir. Məsələn, yoğun bağırsaqda nəticələr daha yaxşıdır. Mədəaltı vəzində tutaq ki, 3-cü mərhələdə daha pisdir bu nəticələr. Yəni bu hər xərçəng xəstəsinin özünün əslində, yaşama müddəti faizlə göstərilmişdir.

Xəstə bunu bilməlidirmi?

Amma xəstə bunun fərqində olmalıdırmı? Məncə çox da ehtiyac yoxdur. Məsələn, biz deyirik ki, 3-cü mərhələ – 5 illik yaşama ehtimalı 25 faizdir. 25 xəstə, yəni 100-dən 25 xəstə bu 5 ili keçəcək. Amma biz bilmirik bu xəstə 25-in içində olacaq, yoxsa 75-in içində olacaq? Yəni burada bu rəqəmi deməklə, onu depressiyaya salmağa ehtiyac yoxdur.

Günümüzdə məsələn, dünyanın ən çox ölümə səbəb olan xəstəliyi ürəyin işemik xəstəliyidir, onkoloji xəstəliklər deyil. Amma onkoloji xəstəliklər içində uzun müddət müalicə proseduru keçməlidir və bunu xəstənin ölüm qorxusu ilə təşviş içində yaşaması, bunun müalicəsində istər-istəməz təsir edir. Məsələn, bizim belə xəstələr var ki, çox müsbət, çox nikbin…  Belə xəstələrdə, bu artıq elmdə də sübut olunmuşdur ki, daha müsbət nəticələri əldə edilməlidir.

Əsas müalicəyə fokuslanmaq lazımdır

Biz bu sualdan da qacmırıq. Bu suala daima cavab verə bilərik. Xəstəliyin mərhələsindən asılı olaraq, xəstənin 5 illik yaşama şansı, 2 illik yaşama şansı, bu xəstənin qurtulmaq şansını dəyə bilərik. Amma bu rəqəmi bilmək müalicədə heç bir şeyi dəyişməyəcək. Onsuz da biz yaşayacağımız ömrü bilmirik. Avtoqəzadan ölənlər var, ürəyin işemik xəstəliyindən ölənlər var, insultdan ölənlər var, koronavirusdan ölənlər var… Biz bilmirik kim nə qədər yaşayacaq. 

Bizə düşən o anda nə müalicə varsa, o müalicəyə əməl etməkdir. Xəstənin həyat keyfiyyətini artırmaqdır. Uzaq nəticəni fikirləşmək “Uzaq nəticəm bu olacaq, bu olacaq…” Bu şeylər fikirləşirəm ki, doğru deyil və günümüzdə hansı müalicəni tələb edirsə, xəstə həkimə müraciət edən anda sırf ona diqqətlənmək lazımdır, köklənmək lazımdır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

2 replies on ““Xəstənin nə qədər ömrü qalıb?””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir