Categories
MƏDƏ ONKOLOGİYA

Mədə Xərçəngi – Əməliyyatı prosesi

Xəstə gəldi, biz bunu müayinələrdən keçirtdik. Endoskopiyası, kompüter tomoqrafiyası təmiz, şiş görsənir – patohistologiyada (əkilmənin cavabında) təsdiqlənib. Biz artıq bunu əməliyyata hazırlamalıyıq.

Xəstə bizə gəlir təkrar, bütün müayinələrə baxırıq və xəstəyə biz deyirik ki: Əməliyyat lazımdır.

Əməliyyat prosesi necədir, neçə gün çəkir bunun hamısını izah edəcəm.

“Əməliyyat paketi”

Bunun üçün xəstə əməliyyat paketi dediyimiz xəstə anestezioloqun baxışından keçir: ürəyini yoxlayır, ağciyərini yoxlayır, qan testlərini verir, laxtalanmasını yoxlayır.

Bu müayinələr tamamlandıqdan sonra artıq xəstə əməliyyata hazırlanır. 

Əməliyyat barədə xəstəyə  

Xəstə ilə söhbət edirik. Biz ona özümüzü təqdim edirik, deyirik ki: “Mən filankəsəm. Sənə bu əməliyyatı planlayıram. Bu əməliyyatın riskləri nədir, üstünlükləri nədir? Yaxşı cəhəti nədir, pis tərəfi nədir? Səni nə əməliyyatı gözləyir.”

Açıq, yoxsa qapalı əməliyyat?

Bunu izah etdikdən sonra xəstəyə, əsasən mərhələsindən asılı olaraq 2 əməliyyat: “açıq” və “qapalı” dediyimiz, laparoskopik və açıq əməliyyat… Çünki laparoskopinin imkanları da çoxdur, orada linfa düyünlərinin təmizləmə imkanları da daha çoxdur, onkolojik nəticələr bəzi hallarda daha yaxşıdır, daha üstündür. Bunları təklif edirik.

Sonra xəstə deyir ki: “Tamam, mən açıq əməliyyat olmaq istəyirəm”, “Qapalı əməliyyat olmaq istəyirəm.” 

Əməliyyat 2-4 saat  

Xəstəni bir gün öncədən yatızdırırıq xəstəxanaya, qan durulaşdırıcı sistemi, antibiotiki, bağırsaq təmizliyi verdikdən sonra səhərisi günü əməliyyata götürürük.

Əməliyyat əsasən ümumi anesteziya ilə davam edir. 2 saat – 4 saat arasında çəkməkdədir. 

Əməliyyatdan sonra paralataya

Əməliyyatdan oyandıqda stabildirsə, tam oyandıqdan 5-6 saat sonra palataya verilir. Palataya verildikdən haradasa 1-2 gün sonra artıq qidalanmağa başlayır: bulyonla, su ilə.

Artıq evə getdikdə isə 4-cü, 5-ci, 6-cı günlər drenajları çəkilir. Artıq bir şey içərək evə göndərmiş oluruq xəstəni. Ondan sonra artıq ambulator şəkildə sarğı üçün müraciət edir. Tikişlərini sökürük. 

Əlavə müalicəyə ehtiyac olacaqmı?

Patohistologiyanın – yəni yekun “əkilmənin cavabı” çıxdıqdan sonra ehtiyac duyularsa, növbəti müalicəni təyin etmiş oluruq.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

2 replies on “Mədə Xərçəngi – Əməliyyatı prosesi”

Allah razı olsun. Çox dəyərli insan. Əllərinə qüvvət. Belə həkimlərdən çox olsa yaxşı olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir