Demək, xəstənin şikayətləri var.
Məsələn, deyir ki, tualetə gedəndə qara rəngli nəcisin olmasıdır, yeməyin tam boşalmamasıdır, yemək yediyim zaman burada elə bir nəsə qalıb, həzmsizlik, köhnə qida qalıqlarını qusmaq. Belə bir şikayətlərlə gəlir.
Hansı müayinələri tamamladıqdan sonra bunu artıq biz əməliyyata götürəcəyik?
Xəstənin şikayətlərini dinləyirik. Bir qan analizlərinə baxırıq, təzyiqinə baxırıq, nəbzinə baxırıq, əgər qan analizi və təzyiqi normaldırsa, artıq bunu endoskopiyaya yönləndiririk. Yox, normal deyilsə, bunları birinci təcili yardımda stabilləşdiririk, qan köçürürük, sistem köçürürük, lazımı tədbirləri görürük.Mədə xərçəngi diaqnozunun qoyulması
Bu mövzuda mən standart xəstələri danışacağam. Gəldi şikayəti var, bəli, qan analizi normal, təzyiqi, nəbzi normal, xəstəni biz qastroenteroloqa yönəldiririk.
Birinci şərt endoskopiyanın olunmasıdır. Endoskopiya olundu, orada şübhəli sahələr var.
İkinci şərt oradan biopsiyanın götürülüb “əkilmə” dediyimiz patohistoloqa göndərilməsi… O da orada mikroskop altından baxır.
Onkoloji xəstəliklərin yekun diaqnozu yalnız patohistoloq tərəfindən qoyulur. Onların təsdiqləmədiyi diaqnozlar əhəmiyyətsiz sayılır.
Mədə xərçənginin mərhələsinin təyin olunması
İkinci mərhələ dediyim potohistoloq baxdı, yazdı ki, “Mən burada xərçəng hüceyrələrini görürəm” artıq bu xəstəyə xərçəng diaqnozunu qoymuşuq və biz bu xəstə ilə hansı yolu getməliyik?
Mədə xərçəngində biz birinci bütün xərçəng xəstələrində olduğu kimi xəstənin mərhələsini qoymalıyıq. Çünki mərhələsindən asılı olaraq xəstəyə müdaxilə olunacaqdır.
Xəstəyə mütləq: döş qəfəsi, qarın boşluğu kompyuter tomoqrafiyası (KT) çəkilməlidir, geniş qan parametrləri götürülməlidir. Baxılır.
Mədə xərçəngi əməliyyat qərarının verilməsi
Əgər xəstənin mərhələsi başlanğıc mərhələdirsə, yerli yayılmış proses deyilsə, başqa bir yerə yayılma yoxdursa (yəni “metastaz” dediyimiz hadisə yoxdursa), artıq biz xəstəni hazırlayıb əməliyyat edə bilərik.
Artıq bütün nəticələrlə bərabər, döş qəfəsi tomoqrafiyası, qarın boşluğu tomoqrafiyası, endoskopiya, patohistologiya, qan analizlərlə bərabər xəstəni görürük otağımızda. Biz ona əməliyyat günü veririk və əməliyyat təklif edirik: açıq, qapalı. Ondan sonra biz xəstəni əməliyyata hazırlayıb əməliyyata götürürük.