Categories
ONKOLOGİYA

Onkoloji xəstələri aldadan fürsətçilər – Belle Gibson nümunəsi

Əsasən, onkoloji xəstəliyə tutulanda xəstəyə təklif olunan, düzgün olunan protokollar var və xəstə kimya terapiyadan qorxur, cərrahiyədən qorxur, bunun mütləq alternativini axtarmaqdadır. Əgər o alternativ axtarış içinə girməsə, o saxtakarlar da peyda olmayacaq. Yəni bu işlər hamısı tələbə görədir. 

Daima bunun alternativini Axtarmaqdadır, ona görə də bunun dünyada alternativləri badam tumundan, qayısı, bitkilər, necə deyim sodalar, çərəzlər olsun, sarıköklər olsun, o qədər haqqında məlumatlar var ki, insanlar bu doğru müalicəyə getmək istəmir, daima istəyir ki, bunun alternativ yönünə getsin. 

Alternativ axtarmaqla saxtakarları özümüz yaradırıq

Yəni əslində yalanı yaradan dolayısı ilə biz özümüzük, biz insanlarıq. Biz daima istəyirik ki, alternativ axtaraq.

Bu hər şeydə belədir. Məsələn, bir yerdə sıra duracaqsan, 10-cu, 100-cü adam olacaqsan. Amma alternativ axtarırsan ki, mən necə 1-ci ola bilərəm? Bu yolu necə tez keçə bilərəm? Alternativi də bir şəkildə tapırsan və insanlar başlayır həmin alternativdən istifadə etməyə. Sıraya durmaq istəmirlər.

Bu, təəssüflər olsun ki, müalicədə də, həkimlikdə də belədir. Qabağında iki dənə yol olur: Biri çətin, zəhmətli, əziyyətli bir yoldur. Amma bu yolla bu gedib sağala bilər. 

Bir yol da var ki, başqa variantlarla yoldur ki, hansı ki, bu yolun sonunda xəstəlik aqressivləşəcək. 

Təəssüf olsun ki, son aylarda belə mən özüm kifayət qədər, 3-4 dəfə belə xəstə görmüşəm.

Belle Gibson hadisəsi

Bunun ən yaxşı misalı Belle Gibsondur. Avstraliyalı blogger olur. O, sağlam qida haqqında sosial mediada reklam çarxları hazırlayır və deyir ki, “Mən özüm xərçəng xəstəsi idim. Sağlam həyat ilə, sağlam qida ilə bu xərçəng xəstəliyinə qalib gəldim.” İnsanlar başlayır buna yazmağa, pul qarşılığında pəhrizlər götürməyə (dieta almağa) və bunun içərisində kifayət qədər də ağır onkoloji xəstələr olur. 

İki ingilis xəstə  

İngiltərə vətəndaşı: bir qadın, bir oğlan… Demək, bunlar da başlayır ona yazmağa. Amma bundan öncə yüzlərlə, minlərlə belə xəstələr olub, sadəcə bunlar məhkəməyə verib, udublar deyə bunların adları məlumdur. 

Kimya terapiyanı yarımçıq saxlayırlar və Belle Gibson-a çıxırlar ki, bəs “Məndə də xərçəng var”. O onlara kitab satır, menyular satır və bunu başlayır təqdim etməyə ki, xərçəng müalicəsi kimi. Nəticədə onların kimya terapiyası yarımçıq qalır, sonradan xəstəlik proqres edir və təzədən kimya terapiya başlayır. 

Bir çox insanlar başlayırlar artıq şəxsidən bir-biri ilə yazışmağa və görürlər ki, bu faydasız bir şeydir və təəssüflər olsun ki, yüzlərlə, minlərlə insan bu işdən əziyyət görmüş olur.

Belle Gibsonu məhkəməyə verirlər. 

Ondan sonra həkimlər, hökumət açıqlama verir ki, “Onun heç bir xərçəngi yoxdur, bu sadəcə saxtakardır”. Nə isə, məhkəməyə verib o işi həll edirlər. 

Bu, BBC-də çıxmış bir müsahibədir. Həqiqətən, çox maraqlı müsahibədir. 

Müalicə protokolu bəllidir, alternativ yol axtarmaq lazım deyil

Burada müalicələr protokollarla, artıq minlərlə, yüz minlərlə insanın həyatı bahasına başa gəlmiş protokollarla bunlar məlumdur. 

Nə qədər acı olsa da, bizim öz yaxınımızda da ola bilər, özümüzdə də ola bilər, ətrafımızda da ola bilər, ailə üzvlərimizdə də ola bilər, bu xəstəlik artıq meydana gəlibsə, burada gedəcək yollar bəllidir. Burada gediləcək yollar artıq protokollar əsasından tamamlanmışdır. 

Mən ona görə heç bir halda belə hal olmuş xəstələrin alternativ təbabətə yönlənməməsini çox şiddətlə tövsiyə edirəm və xəstələr təklif olan peşəkar müalicələrə tabe olmasını tövsiyə edərdim.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir