Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq bizim bağırsağın son qismini təşkil edən orqandır. 

Onun əsas hissəsi nəcisi formalaşdırmaq və bizə bədəndə ehtiyac olan suyu bədənə geri qaytarmaqdır. Bizim həm də defekasiyamızda – tualetimizdə iştirak etməkdir. 

“Bağırsağın tam boşalmaması” hissi

Burada bağırsaq boşalmasında problemdən söhbət gedirsə, təbii ki, üzvi xəstəliklər ola bilər, rektosel ola bilər, düz bağırsağın sallanması ola bilər, rektal prolaps ola bilər. Belə xəstəliklər ola bilər ki, hansı ki, bağırsağın boşalmasında problem yarada bilər. 

Amma məsələn, belə bir şikayət var ki, “tam boşalmama hissi” və ya “yalançı çağırış” deyirik, tenezm deyirik. 

Xəstə tam boşala bilmir və ya gedir boşalmağa, gəlir, deyir “Elə bil nəsə qalır”, təkrar gedəsi olur.

Bu təəssüf ki, düz bağırsaqda, yoğun bağırsağın son qismində bir tümör əlamətidir. 

Burada mütləq xəstəyə kolonoskopiya edirik. 

“Yalançı çağırış”ın səbəbi

Çünkü, bədən onu başa düşmür o, bağırsağın içində olan bir nəcisdir, yoxsa ki, bir törəmədir? 

Beyin onu siqnal qəbul edir ki, “bağırsaqda bir yad cisim var”, onu atmağa çalışır. Və ata bilmədiyi üçün də beyində daima bir siqnal əmələ gəlməyə başlayır ki, “Tualetə get! Tualetə get!..” 

Məsələn, xəstə artıq hər şeyi var, diaqnozu var, gəlib.. Soruşanda deyir ki, “Hə, məndə 3 aydır yalançı çağırışlarım olur, tam boşalmama şikayətlərim olur..” 

Bu xəstələr mütləq kolonoskopiyaya gedib, düz bağırsağın problemləri inkar edilməlidir. Çünki, düz bağırsağın xərçənginin əlamətlərindən biri bu bu sayılır və ciddi əlamətlərdən biri sayılır. 

Bağırsaq xərçəngində digər əlamətlər

Digər saya biləcəyimiz əlamətlərə isə qanaxmalar, digər narahatlıqlar, qəbizlik, xronik qəbizlik problemləri, köp şikayətləri – bunları salmaq olar.

Yoğun bağırsaq xərçəngi digər xərçənglərə nisbətən daha geniş yayılmışdır. Amma sevindirici hal burasındadır ki, müalicəsində daha yaxşı nəticələr əldə edilməlidir. 

Multimodal müalicə

Bəzən “multimodal müalicə” dediyimiz, şüa terapiya, kimya terapiya alıb sonra əməliyyata ehtiyac olur. Xəstələri bəlkə də biz belə çox yoruruq. Deyirik ki, “Şüa almalısan, kimya almalısan, sonra əməliyyat etməliyik” və əməliyyatdan öncə bağırsağın bir hissəsi çölə çıxmalıdır, ikinci etapda biz bunu bərpa eləməliyik. 

Bəlkə də xəstələr daha əziyyətli bir prosedur keçir, xəstəxanada daha çox qalırlar, həkimlə daha çox əlaqədə olurlar… Amma uzaq nəticələri, yoğun bağırsaq xərçəngində, digər xərçəng qrup xəstələri ilə götürəndə daha sevindiricidir.

Hissəvi əməliyyat

Yoğun bağırsağımız uzun olduğu üçün, orada hansı lokalizasiyada yerləşməsindən asılı olaraq əməliyyatda yoğun bağırsağın hamısını götürməyə çox hallarda ehtiyac olmur. Yəni biz hissəvi əməliyyat edirik.  

Yoğun bağırsaq xərçənginin qapalı əməliyyatı

Əgər xəstə istəyirsə, həkim də bu sahədə xüsusi təcrübəyə malikdirsə laparoskopik əməliyyat eləməklə, xəstəxanada 3-4 gün yatış verməklə bu xəstəlikdən qurtulmaq olur. 

Tutaq ki, mədə xərçəngində kimya terapiya alırsa, yoğun bağırsaqda məsələn T3 N0-dırsa TNM klassifikasiyasında və ya yüksək differensasiyalıdırsa, vaskulyar invazyonu, perenevral invaziyası yoxdursa, bunlara heç kimyaterapiya da almağa ehtiyac olmur. 

Yəni, digər xəstə qrupları ilə müqayisədə daha mülayim gedişlidir və günümüzdə laparoskopik imkanlarla bu xəstələrin daha qısa müddətdə həyata qayıtması, əmək qabiliyyətini bərpa etməsi daha yaxşı olmaqdadır. 

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir