Categories
ONKOLOGİYA ÜMUMİ

Xəstəyə xərçəng olduğunu deməliyik?

Cəmiyyətdən cəmiyyətə, ölkədən ölkəyə, böyüdüyü mentalitetdən asılı olaraq burada fərqlər var.  Bəzi adamlar xəstəliyin özünün ciddiyyətinin mahiyyətini qaldıra bilmir. Amma istər tibb haqqlarında, etik olaraq, xəstə haqqları olaraq hər bir xəstəyə mütləq xəstəliyi haqqında məlumat verilməlidir. Öz təcrübəmizdən götürsək, bugünkü gündə mümkündürmü? Təəssüf ki, mümkün deyil. 

Categories
ONKOLOGİYA SÜD VƏZİ

Süd vəzi hansı hallarda tamamilə alınır?

Bu xəstəliyin bir çox faktorundan asılıdır. Bunlar hamısı göstərişlə olunur. Yəni xəstənin istəyi ilə olmur.  Əgər xəstədə bir onkoloji problem varsa və lokal problemdirsə, mərhələsindən asılı olaraq hamısı alına bilər. 

Categories
ONKOLOGİYA SÜD VƏZİ

Süd vəzində ən yaxşı müayinə…

Süd vəzinin ən yaxşı müayinələrindən biri, ən sadəsi yəni öz-özünü müayinədir. Əgər xəstə özündə, süd vəzisində bir şişkinlik, bir qızartı hiss edərsə və gilədən bir axıntı olarsa və ya daha öncə hiss eləmədiyi bir sərtlik, bir kütlə hiss edərsə süd vəzisində və ya artıq ağrılar olarsa, qızarıqlıq olarsa, dəri hər yerdə sağlam olduğu halda bəzi […]

Categories
ONKOLOGİYA SÜD VƏZİ

Xoşxassəli, bədxassəli və “bədxassəli önü” süd vəzisi şişləri

Sual belədir ki, “Xoşxassəli ilə bədxassəli süd vəzi törəmələri bir-birindən necə fərqlənir və biri o birinə keçə bilirmi?  Bunlar əsasən müayinələrdə fərqlənir.  Məsələn, deyirlər ki, kənarı hamardır, xəstə deyir ki, “Uzun illərdir məndədir, təqib altındadır”, ölçüsü balacadır, mamoqrafiyada ciddi bir əlamət yoxdur, ultrasəs müayinəsində ciddi bir əlamət yoxdur… Biz bunları xoşxassəli qrupa daxil edirik.

Categories
ONKOLOGİYA SÜD VƏZİ

Mamoqrafiyaya nə vaxt müraciət edilməlidir?

Mamoqrafiya süd vəzinin rentgenoloji müayinəsidir. Burada əsasən skrininqə daxildirsə, məcburidirsə, 40 yaşından artıq hər bir qadın mamoqrafiyadan keçməlidir. Əgər mamoqrafiyada heç bir şübhəli patoloji bir hadisə yoxdursa, bu artıq 3 ildən sonra, 5 ildən sonra ola bilər. Əgər xəstənin birinci dərəcəli ailə üzvündə: anasında, bacısında və ya yaxınlarında süd vəzi xərçəngi varsa və genetik o […]

Categories
ONKOLOGİYA

Mədəaltı vəzi xərçəngi ilə yaşamaq olarmı?

Xəstə özü sual verməsə də, yaxınları sual verir ki, bu xəstə nə qədər yaşaya bilər? Bunun yaşama ehtimalı nə qədərdir? Tibbi ədəbiyyatda nə qədər göstərilmişdir?  Onkoloji xəstəliklər mərhələli xəstəliklər olur və bunların əsas 2 nəticəsinə baxırlar: Əməliyyatsız yaşama müddəti, əməliyyatla yaşama müddəti. Mədəaltı vəzində bu rəqəmlər, həqiqətən də, çox ürək açan deyil. Bütün dünyada belədir. […]

Categories
ONKOLOGİYA

Xərçəngə necə qalib gələ bilərik?

Onkologiya haqqında ilkin təsəvvürlər 2-3 min il əvvəl artıq mövcud idi. Bunu təsvir edən mənbələr qalıb. Amma günümüzdə hələ də onkologiya ilə bağlı suallara cavab axtarılır, onkoloji problemlərin səbəbi axtarılır, incəlikləri öyrənilir ki, insanlar bu xəstəlikdən əziyyət çəkməsin.  Anadan olduq, böyüdük, həyatımızın sonlarına doğru davam edirik. Bu yaşadığımız müddətdə hüceyrələrimiz daim yenilənir. Qan hüceyrələrimiz ölür, […]