Hər bir əməliyyatın öz yatış müddəti var. Bunlar dünyada, əsasən, standartdır. Məsələn, Amerikada bu gün tezdən öd kisəsindən əməliyyat olunan xəstə axşam artıq evə yazıla bilir. Buna “günübirlik xəstəliklər” deyirlər. Biz isə məsələn, öz ölkəmizdə qapalı əməliyyat eləmişiksə, bir gün yatırdıb, səhəri günü yola salırıq. Məsələn, mədə əməliyyatı olunubsa, artıq xəstə 5-7 gün yatmalıdır. Mədəaltı […]
Bağırsaq keçməməzliyi
Bağırsaq keçməməzliyi günümüzdə çox ciddi problemdir. Hətta bizdə elə xəstələr olur ki, məsələn, gətirirəm, stasionara yatırıram, müalicə verirəm. Tibb bacısı deyir ki, “Doktor, siz buna necə müalicə verirsiniz? Bu, bağırsaq keçməməzliyidir.. Hər yerdə təcili əməliyyata alırlar!” Amma 2-3 gün müalicə verdikdən sonra bir də görürsən bağırsağı açıldı və əməliyyatsız biz onu evinə yola salırıq.
Süd vəzində ən yaxşı müayinə…
Süd vəzinin ən yaxşı müayinələrindən biri, ən sadəsi yəni öz-özünü müayinədir. Əgər xəstə özündə, süd vəzisində bir şişkinlik, bir qızartı hiss edərsə və gilədən bir axıntı olarsa və ya daha öncə hiss eləmədiyi bir sərtlik, bir kütlə hiss edərsə süd vəzisində və ya artıq ağrılar olarsa, qızarıqlıq olarsa, dəri hər yerdə sağlam olduğu halda bəzi […]
Sual belədir ki, “Xoşxassəli ilə bədxassəli süd vəzi törəmələri bir-birindən necə fərqlənir və biri o birinə keçə bilirmi? Bunlar əsasən müayinələrdə fərqlənir. Məsələn, deyirlər ki, kənarı hamardır, xəstə deyir ki, “Uzun illərdir məndədir, təqib altındadır”, ölçüsü balacadır, mamoqrafiyada ciddi bir əlamət yoxdur, ultrasəs müayinəsində ciddi bir əlamət yoxdur… Biz bunları xoşxassəli qrupa daxil edirik.
Mamoqrafiya süd vəzinin rentgenoloji müayinəsidir. Burada əsasən skrininqə daxildirsə, məcburidirsə, 40 yaşından artıq hər bir qadın mamoqrafiyadan keçməlidir. Əgər mamoqrafiyada heç bir şübhəli patoloji bir hadisə yoxdursa, bu artıq 3 ildən sonra, 5 ildən sonra ola bilər. Əgər xəstənin birinci dərəcəli ailə üzvündə: anasında, bacısında və ya yaxınlarında süd vəzi xərçəngi varsa və genetik o […]
İntraduktal papilloma
Bəzən qadın xəstəmiz gəlir və süd vəzisində gilədən bəzən tünd rəngli qanlı maye gəldiyin deyir. Müayinə edirik. Süd vəzində ilk müayinə ultrasəs müayinəsidir. Bəsit müayinə metodudur və hər yerdə bu müayinə metodundan keçə bilərlər. Sadəcə bu xəstələr xəstəliyin fərqində olmalıdır. Xəstəliklər haqqında maarifləndirmə günləri təqvimi var. Həmin təqvimdə, il ərzində ayrı-ayrı xəstəliklər qeyd olunub. Bu […]
Xəstə özü sual verməsə də, yaxınları sual verir ki, bu xəstə nə qədər yaşaya bilər? Bunun yaşama ehtimalı nə qədərdir? Tibbi ədəbiyyatda nə qədər göstərilmişdir? Onkoloji xəstəliklər mərhələli xəstəliklər olur və bunların əsas 2 nəticəsinə baxırlar: Əməliyyatsız yaşama müddəti, əməliyyatla yaşama müddəti. Mədəaltı vəzində bu rəqəmlər, həqiqətən də, çox ürək açan deyil. Bütün dünyada belədir. […]
Biz elə bilirik ki, hal-hazırda cərrahiyyənin pikini yaşayırıq. Yəni bundan sonra artıq inkişaf olmayacaq, artıq hər şey bəllidir… Amma hər şey bəlli deyil. Ümumiyyətlə, həkim olan bir şəxs, xüsusilə də cərrahlar daima oxumalı, yenilənməlidir. Çünkü dünyanın sənaye təbabəti yerində durmayıb və daima yeni bir şeylər çıxarır, hansı ki bunlar həm xəstənin, həm də həkimin faydasınadır. […]
Qarabağ müharibəsinin düşündürdükləri
90-cı illərdə mən birinci sinifə gedirdim və ailəm məni rus dili bölməsinə qoymaq istəyirdi. Lakin 20 Yanvar hadisələri, Qarabağ müharibəsi və s. elə bir yerə gəldi ki, mən elə özüm 7 yaşımda dedim: “Yox rusdilli məktəbə getməyəcəm!” Halbuki bizim məktəb rus bölməli məktəb idi. Amma içimdə bir hiss var idi ki, Azərbaycan dilli məktəbə gedim. […]
Qarın ağrısı nəyin əlaməti ola bilər?
Qarın ağrıları çox ümumi bir şikayətdir. Başqa sözlərlə desək qarın ağrıları bir çox xəstəliyin ilkin əlaməti ola bilər. Qarında keçməyən ağrı olduqda, məsələn, sancı şəklində və ya xroniki ağrı olduqda mütləq həkimə müraciət edilməlidir. İlk başda yaxşı olar ki, onlar ailə həkiminə, öz terapevtinə, müalicə həkiminə müraciət etsinlər. Öncə bu ağrının səbəbi araşdırılmalıdır. Ağrı səbəbi […]