Categories
SÜD VƏZİ

İntraduktal papilloma

Bəzən qadın xəstəmiz gəlir və süd vəzisində gilədən bəzən tünd rəngli qanlı maye gəldiyin deyir. Müayinə edirik. Süd vəzində ilk müayinə ultrasəs müayinəsidir. Bəsit müayinə metodudur və hər yerdə bu müayinə metodundan keçə bilərlər.  Sadəcə bu xəstələr xəstəliyin fərqində olmalıdır.  Xəstəliklər haqqında maarifləndirmə günləri təqvimi var. Həmin təqvimdə, il ərzində ayrı-ayrı xəstəliklər qeyd olunub. Bu […]

Categories
ONKOLOGİYA

Mədəaltı vəzi xərçəngi ilə yaşamaq olarmı?

Xəstə özü sual verməsə də, yaxınları sual verir ki, bu xəstə nə qədər yaşaya bilər? Bunun yaşama ehtimalı nə qədərdir? Tibbi ədəbiyyatda nə qədər göstərilmişdir?  Onkoloji xəstəliklər mərhələli xəstəliklər olur və bunların əsas 2 nəticəsinə baxırlar: Əməliyyatsız yaşama müddəti, əməliyyatla yaşama müddəti. Mədəaltı vəzində bu rəqəmlər, həqiqətən də, çox ürək açan deyil. Bütün dünyada belədir. […]

Categories
CƏRRAHİYYƏ

Indocyanine green (ICG) ilə işarələnmiş əməliyyatlar

Biz elə bilirik ki, hal-hazırda cərrahiyyənin pikini yaşayırıq. Yəni bundan sonra artıq inkişaf olmayacaq, artıq hər şey bəllidir… Amma hər şey bəlli deyil. Ümumiyyətlə, həkim olan bir şəxs, xüsusilə də cərrahlar daima oxumalı, yenilənməlidir. Çünkü dünyanın sənaye təbabəti yerində durmayıb və daima yeni bir şeylər çıxarır, hansı ki bunlar həm xəstənin, həm də həkimin faydasınadır. […]

Categories
ÜMUMİ

Qarabağ müharibəsinin düşündürdükləri

90-cı illərdə mən birinci sinifə gedirdim və ailəm məni rus dili bölməsinə qoymaq istəyirdi. Lakin 20 Yanvar hadisələri, Qarabağ müharibəsi və s. elə bir yerə gəldi ki, mən elə özüm 7 yaşımda dedim: “Yox rusdilli məktəbə getməyəcəm!”  Halbuki bizim məktəb rus bölməli məktəb idi. Amma içimdə bir hiss var idi ki, Azərbaycan dilli məktəbə gedim. […]

Categories
ÜMUMİ

Qarın ağrısı nəyin əlaməti ola bilər?

Qarın ağrıları çox ümumi bir şikayətdir. Başqa sözlərlə desək qarın ağrıları bir çox xəstəliyin ilkin əlaməti ola bilər.  Qarında keçməyən ağrı olduqda, məsələn, sancı şəklində və ya xroniki ağrı olduqda mütləq həkimə müraciət edilməlidir.  İlk başda yaxşı olar ki, onlar ailə həkiminə, öz terapevtinə, müalicə həkiminə müraciət etsinlər. Öncə bu ağrının səbəbi araşdırılmalıdır. Ağrı səbəbi […]

Categories
ONKOLOGİYA

Xərçəngə necə qalib gələ bilərik?

Onkologiya haqqında ilkin təsəvvürlər 2-3 min il əvvəl artıq mövcud idi. Bunu təsvir edən mənbələr qalıb. Amma günümüzdə hələ də onkologiya ilə bağlı suallara cavab axtarılır, onkoloji problemlərin səbəbi axtarılır, incəlikləri öyrənilir ki, insanlar bu xəstəlikdən əziyyət çəkməsin.  Anadan olduq, böyüdük, həyatımızın sonlarına doğru davam edirik. Bu yaşadığımız müddətdə hüceyrələrimiz daim yenilənir. Qan hüceyrələrimiz ölür, […]

Categories
BARİATRİK

Mədə kiçiltmə (bariatrik) əməliyyatı təkcə arıqlamaq üçündür?

Gözümüzün qabağına bir personaj gətirək: kök bir xəstə. Bu xəstə arıqlamaq istəyir. Təbii ki, arıq olmaq onun da haqqıdır. O da başqaları kimi ictimaiyyət qarşısına çıxır, sosial yerlərə gedir… Köklüyündən əziyyət çəksə də doymaq üçün çox yemək məcburiyyətində qalır.  Biz isə, baxıb qınayırıq: “Niyə çox yemək yeyirsən?” Amma biz başa düşmürük ki, bu onun özündən […]

Categories
ÖD KİSƏSİ

Öd kisəsiz insan yaşaya bilərmi?

Öd kisəsi bir kisə şəkilli orqandır. Qaraciyərin altında yerləşir və qaraciyərdə istehsal olunan ödü öz içində depolayır.  Biz gündə 3-4 dəfə yemək yeyəndə öd kisəsi sıxılaraq ödü bağırsağa qovur və nəticədə öd möhtəviyyatı yeməklə qarışmış olur və həzmdə müəyyən qədər iştirak etmiş olur.  Öd kisəmiz olmasa nə olacaq? Bəzi insanlar bunu səhv başa düşür, elə […]

Categories
CƏRRAHİYYƏ

Cərrah seçimi edərkən…

İnsanlar öz cərrahlarını necə seçməlidir?  Ümumiyyətlə, dünyada olan praktikaya baxdıqda görürük ki, dünyanın məhşur cərrahları, tanınmış həkimləri heç vaxt öz işlərini, cərrahi şəkillərini, öz pasiyentlərinin şəkillərini heç vaxt paylaşmır, yanlız maarifləndirici çıxışlar edirlər. Bu çıxışlarını həm YouTube-da, həm peşəkar işlədikləri xəstəxanaların saytlarında paylaşırlar.  Amma Azərbaycanda bu, bir az fərqlidir. Amerikada bir pasiyentin cərrah seçimi, Almaniyada […]

Categories
CƏRRAHİYYƏ

Hansı xəstəlikləri sırf cərrahiyyə ilə müalicə edirik?

Çox maraqlı sualdır. Amma bu suala 3-4 cümlə ilə cavab vermək həqiqətən çox çətindir. Çünki, cərrahi xəstəliklər çox geniş anlayışdır.  Deməli tutaq ki, bir xəstəlik A nöqtəsində başlayır. C nöqtəsi də cərrahiyyədir. Arada B nöqtəsi var.  Xəstəlik B nöqtəsində olanda, tibbdə, hüceyrə fiziologiyasında belə bir anlayış var – xəstəliyin orqanizmdə törətdiyi dəyişikliklər bəzən geri qayıda […]