Categories
ONKOLOGİYA QARACİYƏR YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçənginin qaraciyərə metastazı

Qaraciyər metastazları biz nəyə deyirik? Qaraciyərin biri var öz törəmələri, bir də kənardan aldığı törəmələr var. Bunlar ən çox, məsələn, yoğun bağırsaq xərçəngindən olur, mədədən olur, mədəaltı vəzindən olur, bir də məsələn süd vəzindən və digər onkoloji proseslərdən ola bilər ki, bu metastaz versin ikincili bir proses yaratsın.

Bunlara yanaşmamız da: “Birinci xərçəng hardandır, o hardan qaraciyərə metastaz verib?” – ona görədir. 

Əgər bugünkü mövzumuz birincili ocağı yoğun bağırsağı olub sonra qaraciyərə metastaz veribsə, bunların həlli bugünkü gündə, bugünkü tibdə vardır.

Müalicəsi

Burada həlli deyərək nəyi nəzərdə tuturuq? 

Əgər tümörün sayı sayıla bilən qədərdirsə, çoxsaylı deyildirsə və ya təkdir, böyüyüb ana damara yapışmayıbsa və ya qısaca bunu bir terminlə əvəz eləsək, çıxarıla bilən bir törəmələrdirsə, bunların cərrahi olaraq çıxarılması, sonrasında müalicə alınması ilə xəstənin xəstəliksiz sağ qalmağına və ya xəstəliyin gec qayıtmasına ən böyük faktorlardan biridir. 

Yəni biz bu xəstəni dəyərləndirib əməliyyata qərar veririksə, bunun xəstəlikdən qurtulma şansı və ya xəstəliksiz sağ qalması cərrahi faktorla daha yaxşı nəticələr əldə edilmişdir. 

Cərrahi əməliyyat birinci seçimimizdir

Ona görə də biz öz təcrübəmizdə bizə müraciət edən xəstələri qiymətləndirərkən qərar verməyimiz belə olur: “Əgər xəstədə qaraciyər törəmələri varsa və qaraciyərin birincili ocağı yoğun bağırsaqdırsa və bunlar əməliyyatla çıxarıla bilərsə, biz bunları mütləq cərrahi əməliyyata götürüb çıxarırıq.” 

Çünki onkologiyada 2 əsas nəticə var: “xəstəliksiz sağ qalmaq” müddəti var, bir də “xəstəlikli sağ qalmaq” müddəti var. İkisində də cərrahi olmuş xəstələrdə nəticələr daha yaxşıdır digər hansı ki, ancaq kimya terapiya ilə gedən xəstələrdə..

Erkən diaqnostika həyat qurtarır

Erkən diaqnostika biz həmişə vurğulamışıq ki, həyat qurtarır. Erkən vaxtlarda müraciət edərsə, ölçülər də kiçik olur, müdaxilə imkanlarımız da geniş olur”. 

Əsas məsələ erkən diaqnostika, xəstəliyin vaxtında aşkarlanması və mütləq qaraciyəri əməliyyat edən cərrahın fikrini almaq. Mütləq, qaraciyər əməliyyat edən cərrahın fikrini almaqda fayda vardır.

Yəni bu mövzumuzu da toparlayaraq onu deyirəm ki, bu xəstəlikləri vaxtında tutub aşkar etsək, əməliyyat etsək, xəstəliyin uzaq nəticələri digər qrupla müqayisədə daha yaxşı olmaqdadır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir