Categories
CƏRRAHİYYƏ MƏDƏ ONKOLOGİYA

Mədə xərçəngi – Çıxarılan limfa düyünlərinin sayı

Limfa düyünləri bizim onkoloji cərrahiyyədə, əməliyyatın olmazsa olmaz komponentidir, olmazsa olmaz hissəsidir. Yəni onkoloji cərrahiyənin ümumi cərrahiyyədən, bəlkə də, ayıran predmetlərdən biri budur ki, orada prinsiplər var. Hansı prinsiplər? 

Məsələn, əgər biz mədə xorası əməliyyat ediriksə, mədə çapığına görə əməliyyat ediriksə, yalnız zədələnmiş divarı götürsək, bəs edər. Burada, demək, hansı prinsiplər önəmlidir? Şişdən hansı məsafədə kəsməyimiz, limfa düyünlərini çıxarmağımız, xəstəliyin mərhələsi… Bir çox burada suallar var.

Minimum 15 limfa düyünü çıxarılmalıdır

Demək, konkret limfa düyünlərindən danışırıqsa, qəbul olunmuş limfa düyünün sayı minimum 15-dir. Məsələn, əməliyyat edirik, bəzən 20 çıxır, bəzən 30 çıxır. Burada belə bir məsələ var: Mədə xərçəngində total çıxan limfa düyünlərinin sayı 15-dən az olmamalıdır, amma buna baxmayaraq ikinci bir görüş də var ki, çıxardığımız sahələr çox önəmlidir. Tutaq ki, sən ancaq kiçik piyliyi və böyük piyliyi çıxardarsan, orada 15 dənə limfa düyünü çıxmış ola bilər. Bu bizim üçün, bir cərrah üçün ölçü deyil. Orada çıxartdığımız sahə önəmlidir.

Qalan sahənin “təmizlənməsi” vacibdir

Ümumiyyətlə, mədə ilə bağırsağı müqayisə etsək, məsələn, bağırsağın onkoloji cərrahiyyəsində çıxartdığımız preparatın parlaq olması, mənim daha öncəki videolarımda da var, onun parlaq olması o əməliyyatın, necə deyim, “prinsiplə” keçdiyini göstərir. Amma mədə əməliyyatında çıxartdığımız mədə önəmli deyil, önəmli olan insanın orqanizmasında qalan sahə-damar sahəsinin təmiz olması, damarların ətraflarının limfa düyünlərindən təmizlənilməsi… Bu, çox önəmlidir.

Bütün stansiyalar təmizlənməlidir

Mədə xərçənginə görə icra olunmuş əməliyyatlarda minimum 15 limfa düyünü çıxarılmalıdır və çıxarılmış limfa düyünləri də çalışılmalıdır ki, D1, D2 dediyimiz, orada stansiyalar var, bütün stansiyaları təmizlənmiş olsun. Belə olduğu halda xəstənin xəstəlikdən qurtulmasına, xəstəliyin daha sonra qayıtma ehtimalının azalmasına səbəb olacaqdır.

By Dr.Elgün Səmədov

Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir