“Mədəkiçiltmə əməliyyatlarından sonra xərçəng” mövzusuna tez-tez toxunulur. Məsələn, bəzi adamlar deyir ki: “Mədəkiçiltmə sonrası xərçəng oldum” və ya “Mədəkiçiltmə sonrası bu mədə xərçənginin vəziyyəti necə ola bilər?” Ümumiyyətlə, dünyada siqaretdən sonra xərçəngin ən böyük risk faktorlarından biri piylənmədir. Bir insan obezdirsə, piylənmədirsə, onsuz da, bu, siqaret çəkən qədər xərçəngə risk faktorudur.
Tag: mede xercengi
Bu yaxınlarda Portuqaliyada “Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin bir konfransı var idi. Biz də oraya gedib, iştirak etdik və növbəti 4 illiyinə o dərnəyin Azərbaycan təmsilçisi olaraq seçildik və fəaliyyətə başladıq. Bu o deməkdir ki, artıq növbəti 4 il ərzində o cəmiyyətlə Azərbaycanın çox sıx əməkdaşlığı olacaq, biz də öz təcrübəmizi Azərbaycan platformasını oralarda təmsil edəcəyik. […]
Limfa düyünləri bizim onkoloji cərrahiyyədə, əməliyyatın olmazsa olmaz komponentidir, olmazsa olmaz hissəsidir. Yəni onkoloji cərrahiyənin ümumi cərrahiyyədən, bəlkə də, ayıran predmetlərdən biri budur ki, orada prinsiplər var. Hansı prinsiplər? Məsələn, əgər biz mədə xorası əməliyyat ediriksə, mədə çapığına görə əməliyyat ediriksə, yalnız zədələnmiş divarı götürsək, bəs edər. Burada, demək, hansı prinsiplər önəmlidir? Şişdən hansı məsafədə […]
Mədə Xərçəngi – Əməliyyatı prosesi
Xəstə gəldi, biz bunu müayinələrdən keçirtdik. Endoskopiyası, kompüter tomoqrafiyası təmiz, şiş görsənir – patohistologiyada (əkilmənin cavabında) təsdiqlənib. Biz artıq bunu əməliyyata hazırlamalıyıq. Xəstə bizə gəlir təkrar, bütün müayinələrə baxırıq və xəstəyə biz deyirik ki: Əməliyyat lazımdır. Əməliyyat prosesi necədir, neçə gün çəkir bunun hamısını izah edəcəm.
Demək, xəstənin şikayətləri var. Məsələn, deyir ki, tualetə gedəndə qara rəngli nəcisin olmasıdır, yeməyin tam boşalmamasıdır, yemək yediyim zaman burada elə bir nəsə qalıb, həzmsizlik, köhnə qida qalıqlarını qusmaq. Belə bir şikayətlərlə gəlir. Hansı müayinələri tamamladıqdan sonra bunu artıq biz əməliyyata götürəcəyik?
Mədə xərçəngində dünyada ilk 20 yerdəyik
Mədə xərçəngi günümüzdə geniş yayılmışdır. Yüz min əhaliyə düşən sayla ölçülür bu xərçəng xəstəlikləri və təəssüflər olsun ki, Azərbaycanda kişilər arasında rast gəlinmə tezliyinə görə dünyanın ilk 20 ölkəsindədir. Qadınlar arasında rast gəlinmə tezliyinə görə isə bir az daha yaxşıdır. Mədə xərçəngində coğrafiya faktoru Biz düşünsək ki, bu statistikaya düşən rəqəmdir, statistikaya düşməyən kifayət qədər […]