Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA SÜD VƏZİ

Süd vəzi qoruyucu cərrahiyyə

Süd vəzi qoruyucu cərrahiyyə hansı halda aparılır? Əgər xəstəlik çox yayılmış deyilsə, ətrafında deyilsə və xəstənin ümumi vəziyyəti gələcəkdə radioterapiya almağa imkan verirsə və tümörün ölçüsündən asılı olaraq, tümörün adından asılı olaraq, digər yerlərə yayılmasından asılı olaraq süd vəzi qoruyucu cərrahiyyə edilməsi mümkündür. Tibbdə artıq elə məsələlər var ki, müzakirə olunmur. Amma təəssüf ki, biz […]

Categories
CƏRRAHİYYƏ

Əməliyyatdan sonra əmələ gələn yırtıqlar

Bir həkim, bir xəstəyə bir əməliyyat eləyib. Əməliyyat çox müvəffəqiyyətlə icra olunub. Amma əməliyyatdan sonra yırtıq əmələ gəlib xəstədə. Xəstə də təbii ki, bir şikayətə gəlib aqressiv şəkildə və izah etməyə çalışır ki, “Bu əməliyyatdan sonra məndə bu yırtıq əmələ gəldi”. Eyni zamanda da obezdir, 140 kilodur, şəkəri var, idarəolunmaz bir şəkəri mövcüddur, tromboflebiti var.

Categories
CƏRRAHİYYƏ MƏDƏ ONKOLOGİYA

Mədə xərçəngi – Çıxarılan limfa düyünlərinin sayı

Limfa düyünləri bizim onkoloji cərrahiyyədə, əməliyyatın olmazsa olmaz komponentidir, olmazsa olmaz hissəsidir. Yəni onkoloji cərrahiyənin ümumi cərrahiyyədən, bəlkə də, ayıran predmetlərdən biri budur ki, orada prinsiplər var. Hansı prinsiplər?  Məsələn, əgər biz mədə xorası əməliyyat ediriksə, mədə çapığına görə əməliyyat ediriksə, yalnız zədələnmiş divarı götürsək, bəs edər. Burada, demək, hansı prinsiplər önəmlidir? Şişdən hansı məsafədə […]

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

“Xəstənin nə qədər ömrü qalıb?”

Bir həkim olaraq mən xəstələrin bütün suallarına cavab verə bilirəm. Bircə sual mənə çox əziyyət verir, bu suala cavab vermirəm: “Anamın ömrü nə qədər qalıb?” “Atamın ömrü nə qədər qalıb?” Həqiqətən də bu suallar çox çətin suallardır.  Burada bu mövzuya necə yanaşmaq olar? 

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq bizim bağırsağın son qismini təşkil edən orqandır.  Onun əsas hissəsi nəcisi formalaşdırmaq və bizə bədəndə ehtiyac olan suyu bədənə geri qaytarmaqdır. Bizim həm də defekasiyamızda – tualetimizdə iştirak etməkdir.  “Bağırsağın tam boşalmaması” hissi Burada bağırsaq boşalmasında problemdən söhbət gedirsə, təbii ki, üzvi xəstəliklər ola bilər, rektosel ola bilər, düz bağırsağın sallanması ola bilər, […]

Categories
CƏRRAHİYYƏ MƏDƏALTI VƏZİ ONKOLOGİYA

Mədəaltı vəzi xərçəngində əməliyyat qərarı necə verilir?

Mədəaltı vəzi xərçəngi nadir rast gəlinən xərçəng qruplarındandır.  Amma ortalama populyasiyanı götürdükdə Azərbaycanda ildə 200-350-400 nəfərə pankreas – mədəaltı vəzi xərçənginə rast gəlmək olar. Müəyyən qismi əməliyyata gedə bilir. Çünki rast gəlindiyi anda təəssüf ki, gecikmiş mərhələdə olur.  Amma bəzən kanala yaxın yerləşdikdə, axara yaxın yerləşdikdə kiçik ölçüdə olsa da, artıq sarılıq, qaşıntı kimi əlamətlər […]

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

Qaraciyərin törəmələri

Qaraciyərdə rast gəlinən törəmələr əsasən birincili və ikincili olur.  Amma ikincili törəmələrin əmələ gəlmə ehtimalı 20 dəfə çoxdur. Yəni daha çox öz praktikamızda qaraciyərin ikincili törəmələri, yəni metastaslar, yəni tümörün ocağı başqa orqandadır, oraya qan dövranı ilə gəlib qaraciyərdə tutulması ilə müşahidə olunan xəstəliklər qarşımıza gəlir.  Qaraciyər birincili törəmələr isə əsasən nadir rast gəlinir, az […]

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

“Cərrahlıq” olmamaq üçün nə etməliyik?

Həqiqətən də, bu, çətin mövzudur. Elə mən arzu edərdim xəstəlik olmasın. Amma xəstəlik elə bir şeydir ki, bunun müəyyən risk faktorları var. Bəli, o risk faktorları o insanların həyatında xəstəlik yaradır. Bəzi şeylər var ki, bu insanın özündən ası deyil, əvvəl axır buna xəstələnmiş olur.  Necə etmək lazımdır ki, mənim xəstəm olmasın? “Necə edək ki, […]

Categories
CƏRRAHİYYƏ

İltizamnamə nədir, nə işə yarayır?

İltizamnamə – xəstənin keçirəcəyi əməliyyat, onun xəstəxanada hüquqları, həkimin xəstə qarşısında öhdəlikləri, xəstənin öz öhdəlikləri haqqında həm həkim tərəfindən, həm də ki xəstə tərəfindən imzalanmış bir razılaşma formudur. Bunun açıqlaması odur ki, xəstəyə xəstəliyi haqqında bütün məlumatlar verildi. Hüquqi olaraq bütün məlumatlar verildi və xəstənin müalicə periodunda vəzifə borcları nədir, onu nə gözləyir, hüquqları nədir […]

Categories
CƏRRAHİYYƏ

Əməliyyatın riskləri və ağırlaşmaları haqqında xəstəyə məlumat verilməlidirmi?

Bu sualın konkret cavabı yazını axıra qədər oxumayanlar üçün “Bəli, konkret verilməlidir”. Bu, hüquqi tərəfidir işin. Psixologiyası sağlam xəstəyə, anlaqlı xəstəyə biz əməliyyatın bütün riskləri haqqında məlumat verməliyik. Hətta buna biz iltizamnamə də deyirik ki, əməliyyatdan öncə biz bunu xəstələrə izah edirik, imzalatdırırıq. Bəli, bəzən mənim praktikamda olur, bəzən tələsik olur, xəstəni çox görə bilmirik. […]