Bu yaxınlarda Portuqaliyada “Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin bir konfransı var idi. Biz də oraya gedib, iştirak etdik və növbəti 4 illiyinə o dərnəyin Azərbaycan təmsilçisi olaraq seçildik və fəaliyyətə başladıq. Bu o deməkdir ki, artıq növbəti 4 il ərzində o cəmiyyətlə Azərbaycanın çox sıx əməkdaşlığı olacaq, biz də öz təcrübəmizi Azərbaycan platformasını oralarda təmsil edəcəyik. […]
Author: Dr.Elgün Səmədov
Mən Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.
Limfa düyünləri bizim onkoloji cərrahiyyədə, əməliyyatın olmazsa olmaz komponentidir, olmazsa olmaz hissəsidir. Yəni onkoloji cərrahiyənin ümumi cərrahiyyədən, bəlkə də, ayıran predmetlərdən biri budur ki, orada prinsiplər var. Hansı prinsiplər? Məsələn, əgər biz mədə xorası əməliyyat ediriksə, mədə çapığına görə əməliyyat ediriksə, yalnız zədələnmiş divarı götürsək, bəs edər. Burada, demək, hansı prinsiplər önəmlidir? Şişdən hansı məsafədə […]
Mədə Xərçəngi – Əməliyyatı prosesi
Xəstə gəldi, biz bunu müayinələrdən keçirtdik. Endoskopiyası, kompüter tomoqrafiyası təmiz, şiş görsənir – patohistologiyada (əkilmənin cavabında) təsdiqlənib. Biz artıq bunu əməliyyata hazırlamalıyıq. Xəstə bizə gəlir təkrar, bütün müayinələrə baxırıq və xəstəyə biz deyirik ki: Əməliyyat lazımdır. Əməliyyat prosesi necədir, neçə gün çəkir bunun hamısını izah edəcəm.
Demək, xəstənin şikayətləri var. Məsələn, deyir ki, tualetə gedəndə qara rəngli nəcisin olmasıdır, yeməyin tam boşalmamasıdır, yemək yediyim zaman burada elə bir nəsə qalıb, həzmsizlik, köhnə qida qalıqlarını qusmaq. Belə bir şikayətlərlə gəlir. Hansı müayinələri tamamladıqdan sonra bunu artıq biz əməliyyata götürəcəyik?
Əsasən, onkoloji xəstəliyə tutulanda xəstəyə təklif olunan, düzgün olunan protokollar var və xəstə kimya terapiyadan qorxur, cərrahiyədən qorxur, bunun mütləq alternativini axtarmaqdadır. Əgər o alternativ axtarış içinə girməsə, o saxtakarlar da peyda olmayacaq. Yəni bu işlər hamısı tələbə görədir. Daima bunun alternativini Axtarmaqdadır, ona görə də bunun dünyada alternativləri badam tumundan, qayısı, bitkilər, necə deyim […]
“Xəstənin nə qədər ömrü qalıb?”
Bir həkim olaraq mən xəstələrin bütün suallarına cavab verə bilirəm. Bircə sual mənə çox əziyyət verir, bu suala cavab vermirəm: “Anamın ömrü nə qədər qalıb?” “Atamın ömrü nə qədər qalıb?” Həqiqətən də bu suallar çox çətin suallardır. Burada bu mövzuya necə yanaşmaq olar?
Qaraciyər metastazları biz nəyə deyirik? Qaraciyərin biri var öz törəmələri, bir də kənardan aldığı törəmələr var. Bunlar ən çox, məsələn, yoğun bağırsaq xərçəngindən olur, mədədən olur, mədəaltı vəzindən olur, bir də məsələn süd vəzindən və digər onkoloji proseslərdən ola bilər ki, bu metastaz versin ikincili bir proses yaratsın.
Mədə xərçəngində dünyada ilk 20 yerdəyik
Mədə xərçəngi günümüzdə geniş yayılmışdır. Yüz min əhaliyə düşən sayla ölçülür bu xərçəng xəstəlikləri və təəssüflər olsun ki, Azərbaycanda kişilər arasında rast gəlinmə tezliyinə görə dünyanın ilk 20 ölkəsindədir. Qadınlar arasında rast gəlinmə tezliyinə görə isə bir az daha yaxşıdır. Mədə xərçəngində coğrafiya faktoru Biz düşünsək ki, bu statistikaya düşən rəqəmdir, statistikaya düşməyən kifayət qədər […]
Yoğun bağırsaq bizim bağırsağın son qismini təşkil edən orqandır. Onun əsas hissəsi nəcisi formalaşdırmaq və bizə bədəndə ehtiyac olan suyu bədənə geri qaytarmaqdır. Bizim həm də defekasiyamızda – tualetimizdə iştirak etməkdir. “Bağırsağın tam boşalmaması” hissi Burada bağırsaq boşalmasında problemdən söhbət gedirsə, təbii ki, üzvi xəstəliklər ola bilər, rektosel ola bilər, düz bağırsağın sallanması ola bilər, […]
Mədəaltı vəzi xərçəngi nadir rast gəlinən xərçəng qruplarındandır. Amma ortalama populyasiyanı götürdükdə Azərbaycanda ildə 200-350-400 nəfərə pankreas – mədəaltı vəzi xərçənginə rast gəlmək olar. Müəyyən qismi əməliyyata gedə bilir. Çünki rast gəlindiyi anda təəssüf ki, gecikmiş mərhələdə olur. Amma bəzən kanala yaxın yerləşdikdə, axara yaxın yerləşdikdə kiçik ölçüdə olsa da, artıq sarılıq, qaşıntı kimi əlamətlər […]