Categories
ÜMUMİ

“Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin konfransından

Bu yaxınlarda Portuqaliyada “Avropa Cərrahi Onkologiya Cəmiyyəti”nin bir konfransı var idi. Biz də oraya gedib, iştirak etdik və növbəti 4 illiyinə o dərnəyin Azərbaycan təmsilçisi olaraq seçildik və fəaliyyətə başladıq. Bu o deməkdir ki, artıq növbəti 4 il ərzində o cəmiyyətlə Azərbaycanın çox sıx əməkdaşlığı olacaq, biz də öz təcrübəmizi Azərbaycan platformasını oralarda təmsil edəcəyik. […]

Categories
CƏRRAHİYYƏ MƏDƏ ONKOLOGİYA

Mədə xərçəngi – Çıxarılan limfa düyünlərinin sayı

Limfa düyünləri bizim onkoloji cərrahiyyədə, əməliyyatın olmazsa olmaz komponentidir, olmazsa olmaz hissəsidir. Yəni onkoloji cərrahiyənin ümumi cərrahiyyədən, bəlkə də, ayıran predmetlərdən biri budur ki, orada prinsiplər var. Hansı prinsiplər?  Məsələn, əgər biz mədə xorası əməliyyat ediriksə, mədə çapığına görə əməliyyat ediriksə, yalnız zədələnmiş divarı götürsək, bəs edər. Burada, demək, hansı prinsiplər önəmlidir? Şişdən hansı məsafədə […]

Categories
MƏDƏ ONKOLOGİYA

Mədə Xərçəngi – Əməliyyatı prosesi

Xəstə gəldi, biz bunu müayinələrdən keçirtdik. Endoskopiyası, kompüter tomoqrafiyası təmiz, şiş görsənir – patohistologiyada (əkilmənin cavabında) təsdiqlənib. Biz artıq bunu əməliyyata hazırlamalıyıq. Xəstə bizə gəlir təkrar, bütün müayinələrə baxırıq və xəstəyə biz deyirik ki: Əməliyyat lazımdır. Əməliyyat prosesi necədir, neçə gün çəkir bunun hamısını izah edəcəm.

Categories
MƏDƏ ONKOLOGİYA

Mədə Xərçəngi – Nə zaman əməliyyat olunur?

Demək, xəstənin şikayətləri var.  Məsələn, deyir ki, tualetə gedəndə qara rəngli nəcisin olmasıdır, yeməyin tam boşalmamasıdır, yemək yediyim zaman burada elə bir nəsə qalıb, həzmsizlik, köhnə qida qalıqlarını qusmaq. Belə bir şikayətlərlə gəlir. Hansı müayinələri tamamladıqdan sonra bunu artıq biz əməliyyata götürəcəyik?

Categories
ONKOLOGİYA

Onkoloji xəstələri aldadan fürsətçilər – Belle Gibson nümunəsi

Əsasən, onkoloji xəstəliyə tutulanda xəstəyə təklif olunan, düzgün olunan protokollar var və xəstə kimya terapiyadan qorxur, cərrahiyədən qorxur, bunun mütləq alternativini axtarmaqdadır. Əgər o alternativ axtarış içinə girməsə, o saxtakarlar da peyda olmayacaq. Yəni bu işlər hamısı tələbə görədir.  Daima bunun alternativini Axtarmaqdadır, ona görə də bunun dünyada alternativləri badam tumundan, qayısı, bitkilər, necə deyim […]

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA

“Xəstənin nə qədər ömrü qalıb?”

Bir həkim olaraq mən xəstələrin bütün suallarına cavab verə bilirəm. Bircə sual mənə çox əziyyət verir, bu suala cavab vermirəm: “Anamın ömrü nə qədər qalıb?” “Atamın ömrü nə qədər qalıb?” Həqiqətən də bu suallar çox çətin suallardır.  Burada bu mövzuya necə yanaşmaq olar? 

Categories
ONKOLOGİYA QARACİYƏR YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçənginin qaraciyərə metastazı

Qaraciyər metastazları biz nəyə deyirik? Qaraciyərin biri var öz törəmələri, bir də kənardan aldığı törəmələr var. Bunlar ən çox, məsələn, yoğun bağırsaq xərçəngindən olur, mədədən olur, mədəaltı vəzindən olur, bir də məsələn süd vəzindən və digər onkoloji proseslərdən ola bilər ki, bu metastaz versin ikincili bir proses yaratsın.

Categories
MƏDƏ

Mədə xərçəngində dünyada ilk 20 yerdəyik

Mədə xərçəngi günümüzdə geniş yayılmışdır.  Yüz min əhaliyə düşən sayla ölçülür bu xərçəng xəstəlikləri və təəssüflər olsun ki, Azərbaycanda kişilər arasında rast gəlinmə tezliyinə görə dünyanın ilk 20 ölkəsindədir. Qadınlar arasında rast gəlinmə tezliyinə görə isə bir az daha yaxşıdır.  Mədə xərçəngində coğrafiya faktoru Biz düşünsək ki, bu statistikaya düşən rəqəmdir, statistikaya düşməyən kifayət qədər […]

Categories
CƏRRAHİYYƏ ONKOLOGİYA YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq bizim bağırsağın son qismini təşkil edən orqandır.  Onun əsas hissəsi nəcisi formalaşdırmaq və bizə bədəndə ehtiyac olan suyu bədənə geri qaytarmaqdır. Bizim həm də defekasiyamızda – tualetimizdə iştirak etməkdir.  “Bağırsağın tam boşalmaması” hissi Burada bağırsaq boşalmasında problemdən söhbət gedirsə, təbii ki, üzvi xəstəliklər ola bilər, rektosel ola bilər, düz bağırsağın sallanması ola bilər, […]

Categories
CƏRRAHİYYƏ MƏDƏALTI VƏZİ ONKOLOGİYA

Mədəaltı vəzi xərçəngində əməliyyat qərarı necə verilir?

Mədəaltı vəzi xərçəngi nadir rast gəlinən xərçəng qruplarındandır.  Amma ortalama populyasiyanı götürdükdə Azərbaycanda ildə 200-350-400 nəfərə pankreas – mədəaltı vəzi xərçənginə rast gəlmək olar. Müəyyən qismi əməliyyata gedə bilir. Çünki rast gəlindiyi anda təəssüf ki, gecikmiş mərhələdə olur.  Amma bəzən kanala yaxın yerləşdikdə, axara yaxın yerləşdikdə kiçik ölçüdə olsa da, artıq sarılıq, qaşıntı kimi əlamətlər […]